vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
12:59 | 13 iyul 2015 | Bazar ertəsi Məqaləyə 2751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki gün də dözün!»

Problemin 95 faizi həll olunub, qalan 5 faiz üçün ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın iki gün ərzində Bakının Yasamal, Səbayel və Binəqədi rayonlarında suyun verilməsi tam bərpa olunacaq. Bu barədə Trend-ə «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.

A.Cəbrayıllı qeyd edib ki, təmir işləri davam edir və problemin 95 faizi həll edilib: «İki gün ərzində suyun verilməsi tam bərpa olunacaq».

O həmçinin bildirib ki, şənbə axşamı paytaxtın Nəsimi rayonunda baş verən qəzanın nəticələri də aradan qaldırılıb.