Birincilərin addımı
Mehriban Əliyeva iftar verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
140 ölkə üzrə 678 element ...
UNESCO-da kimin daha çox irs nümunəsi var?
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Mədən faciəsi davam edir
Pakistanda 4 gündə iki partlayış baş verib
-
Türkiyənin qorunan irsi 25-ə çatdı
Daha 4 nominasiya qeyri-maddi irs nümunələrinin siyahısına salındı
-
UNESCO irs xəzinəsinə yeni nümunələri müzakirə edir
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
-
Atəşkəs bitdi!
Pakistan Talibanı hücum əmri verdi
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
Hamısı bir yerdə ...
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
UNESCO Fransanın siyasətini icra edir
Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Oğurlanmış 192 artefakt qaytarılıb
4500 ildən artıq yaşı olan abidələrin dəyəri 3,4 milyon dollar olub
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən «Pakistan Sweet Home» (Beyt-ul-Mal) təşkilatının Talassemiya Mərkəzində, həmçinin, Pakistanın Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilib.
Talassemiya Mərkəzində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın Neft və Təbii Sərvətlər Naziri Shahid Khaqan Abbasi, Hakim Pakistan Müsəlman Liqası partiyasının şimal bölgəsi üzrə Prezidenti, Milli Assambleyanın komitə sədri Raca Muhammad Farooq, Bayt ul Malın icraçı direktoru Abid Vahid Şeyx, Senatorlar, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, ölkənin aparıcı televiziya kanalları, elektron və çap media mənsubları, Talassemiya Mərkəzində müalicə alan uşaqlar və federal paytaxtda yerləşən uşaq evinin sakinləri iştirak ediblər.
Tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərdən, iki qardaş xalqları bir-birlərinə bağlayan ümumi dini, mədəni dəyərlər barəsində danışıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən iqtisadi inkişaf prosesindən, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o cümlədən Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar layihələr barəsində ətraflı məlumat verib.
Mərasim iştirakçılarına müraciətində Bayt ul Malın icraçı direktoru Abid Vahid Şeyx Ramazan sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun Bayt ul Malla əməkdaşlığının 2012-ci ldən başladığını bildirən Abdul Vahid Şeyx Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini qeyd edib. O, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu xüsusi vurğulayıb. Abdul Vahid Şeyx bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın bütün bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Natiq çıxışında Pakistana xidmətlərinə görə, Baş Nazir Nəvaz Şərifin təqdimatı və Pakistan Prezidenti Məmnun Hüseynin sərəncamı ilə Mehriban Əliyevanın cari ilin fevral ayında Pakistanın ali-Hilal-e-Pakistan ordeni ilə təltif olunduğunu qeyd edərək, Mehriban Əliyevanın Pakistanın ali ordenlə təltif olunan ilk birinci xanım olduğunu bildirib.
Tədbirdə çıxış edən Hakim Pakistan Müsəlman Liqası Partiyasının Şimal bölgəsi üzrə Prezidenti R.M.Farooq Talassemiya Mərkəzinin tikintisinə göstərdiyi maliyyə yardımına görə, Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirib, iftar süfrələrinin təkcə İslamabadda deyil, Pakistanın digər şəhərlərində də keçirilməsi faktını yüksək qiymətləndirib. R.M.Farooq bu yardımların iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edərək, bu kimi tədbirlərin kimsəsiz uşaqlar üçün həm maddi, həm də mənəvi dəstək olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən Pakistanın neft və təbii sərvətlər Naziri Shahid Khaqan Abbasi Pakistanın aparıcı televiziya kanalları – Vəqt News, Cang News, Royal News, Express News, Dawn, APP, Dunya News, DRY News, PTV və digər kanallara müsahibə verərək, Heydər Əliyev Fondunun son 4 ildə Pakistanın bütün əyalətlərində həyata keçirdiyi layihələri, xüsusilə, Talassemiya Mərkəzinin, Göz Xəstəlikləri korpusunun, Su Təhcizatı sisteminin tikintiləri və bu kimi digər əhəmiyyətli layihələrin başa gəlməsində göstərdiyi maliyyə yardımlarına görə, dərin təşəkkürünü bildirib. O, Mehriban Əliyevanın pakistanlılar üçün müqəddəs olan Ramazan ayında İslamabadda, Lahorda, Abatabadda və digər şəhərlərdə kimsəsiz uşaqlar üçün iftar süfrələrinin təşkil edilməsi, Talassemiya Mərkəzinin vaxtaşırı qanla təmin edilməsi, Pakistanın müxtəlif bölgələrində əhalinin imkansız təbəqəsi üçün pulsuz müayinələrin təşkil edilməsi faktını yüksək qiymətləndirərək, Azərbaycanın birinci xanımına və Azərbaycan xalqına dərin təşəkürünü bildirib. Neft və Təbii Sərvətlər Naziri Azərbaycan-Pakistan münasibətlərinin əsl qardaşlıq səviyyəsində olduğunu qeyd edərək, bu münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əvəzsiz xidmətləri olduğunu bildirib.
Mərasim iştirakçıları üçün təşkil olunmuş iftar süfrəsindən sonra səfir D.Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edib.
Daha sonra Talassemiya Mərkəzində səfir D.Şikarovun təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. D.Şikarov, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən digər könüllü donorlar qan veriblər.
İftar yeməyi və qanvermə aksiyalarından sonra uşaq evlərinin sakinləri tərəfindən hazırlanan səhnəciklər nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.