vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
12:20 | 25 avqust 2015 | Çərşənbə axşamı Məqaləyə 757 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalmaqallı müdir qovuldu

Təhsil Nazirliyinin saxta diplom əməliyyatı davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Təhsil Nazirliyinin diplomların tanınması (nostrifikasiyası) sektorunun müdiri Nəzakət Hacıyeva işdən çıxarılıb. Bu barədə modern.az-a Təhsil Nazirliyindəki mənbələrdən məlumat verilib. Bəzi həmkarları onun könüllü olaraq işdən çıxdığını desələr də, məsələnin kökündə başqa məqamların olduğu qeyd edilir.

Belə ki, Nəzakət Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb onun qeyri-qanuni əməllərə yol verməsi göstərilir. N.Hacıyevanın dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, qeyri-qanuni əməllərini davam etdirməsi, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması sonda onun işdən çıxarılması ilə nəticələnib.

Mənbə onu da bildirir ki, nazirlikdə Nəzakət Hacıyevanın işində aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi məsələsi də müzakirə olunub. Lakin onun zərif cinsin nümayəndəsi olduğunu nəzərə alan nazir xanım Hacıyevanı yalnız işdən çıxarmaqla kifayətlənib.

Qeyd edək ki, valideynlər müxtəlif media qurumları vasitəsilə nazirliyin nostrifikasiya sektorunda hökm sürən özbaşınalıqdan, diplomların tanınması üçün rüşvət tələb olunmasından, bütün bu işlərə isə Nəzakət Hacıyevanın rəvac verməsindən şikayətlər edirdilər.