vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
11:25 | 26 avqust 2015 | Çərşənbə Məqaləyə 1018 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tanrı onu göndərib ki, ...»

«... dünyada xeyirxahlığı saxlamaq missiyasını həyata keçirsin»

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, anası Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib.

Bu barədə Leyla Əliyeva sosial şəbəkədəki səhifəsində yazıb.

«Mənim ona olan səmimi hisslərimi sözlə ifadə etmək olduqca çətindir: Böyük sevgi, hörmət və heyranlıq…Onun qızı olduğum üçün həmişə fəxr etmişəm. Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı daha da gözəl edir. O, qətiyyətli, qorxmazdır, yorulmur… Adətən bu sıra «cəsarətli» sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini aşılayıb. Mən hesab edirəm ki, Tanrı onu göndərib ki, dünyada xeyirxahlığı saxlamaq missiyasını həyata keçirsin.

Bizim hər birimiz öz anamızı sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi yaşından asılı olmayaq övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və yaraşıqlı insanı olaraq qalır. Ad günün mübarək, ana!»

Qeyd edək ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.