vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:55 | 1 sentyabr 2015 | Çərşənbə axşamı Məqaləyə 1599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Spiker çexiyalı həmkarı ilə görüşdü...

...ABŞ-da

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ABŞ-a səfər çərçivəsində Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Y.Hamaçek Bakıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirib. Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən Oqtay Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu bildirib. Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.