vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
14:28 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 2013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Toplar döyüşə hazırdır...

«Hələ 200-ə yaxın T-90 tankları və ağır odsaçanlar - «Smerç» sistemlərini demirəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Bakıya səfər edib. Virtualaz.org saytının xəbər verdiyi kimi, yüksək rütbəli rusiyalı qonağın Bakıda apardığı danışıqlarda mərkəzi mövzulardan biri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət olub. Münaqişənin nizamlanması prosesi yox, məhz münaqişə ətrafındakı vəziyyət.

Çünki danışıqlar xeyli müddətdir dayanıb və hansısa nizamlama prosesindən söhbət aparmaq yersiz görünür, əvəzində mümkün müharibə, yaxud hər an başlaya biləcək irimiqyaslı hərbi əməliyyatlar haqda rahat şəkildə müzakirə aparmaq olar.

Elə Lavrovun səfəri kontekstinfə rusiyalı ekspertlər də belə ediblər: Qarabağda mümkün müharibə riskini təhlil ediblər və «Svobodnaya pressa» internet nəşrində bu mövzuda dərc edilmiş məqalədə Qarabağda «topların döyüşə hazır olmasından» bəhs edilir.

Erməni mənşəli rusiyalı hərbi ekspert Semyon Bağdasarov deyib ki, situasiyanın obyektiv qiymətləndirilməsi Azərbaycan ordusunun həm say baxımından, həm texniki təchizat göstəricilərinə görə Ermənistan ordusundan, eləcə də Qarabağdakı erməni qüvvələrindən üstün olduğunu göstərir.

Lakin o, hesab edir ki, üstünlüyə baxmayaraq Azərbaycan ordusunun müharibədə qalib gəlməsinə hələ təminat yoxdur.

Erməni ekspertə görə, Dağlıq Qarabağ ətrafındakı rayonlardan beşinin Azərbaycana qaytarılması barədə söz-söhbətlər yayılsa da nə Ermənistan, nə də Qarabağ rəhbərliyi bu sövdələşməyə getməz. Çünki bu halda Azərbaycan ordusu Dağlıq Qarabağın birbaşa hüdudlarında mövqe tutmuş olacaq.

Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin isə əmindir ki, Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı yüksəkdir.

«Münaqişə dondurulmuş vəziyyətdə mövcud ola bilər, ancaq unutmayın ki, Azərbaycan ərazilərinin 20 faizini itirib. Mən heç bir səbəb görmürəm ki, Azərbaycan rəhbərliyi bundan sonra da bu vəziyyətlə barışmaqda davam edəcək»- tanınmış hərbi ekspert deyib.

«Əgər belə davam edəcəksə, o zaman onlar nəyə görə nəhəng məbləğlərdə pulları silahlı qüvvələrə xərcləyirdilər? Azərbaycan Rusiyadan böyük miqdarda hücum silahları alıb: təkcə T-90 tankları 200-ə yaxındır. Hələ ağır odsaçan sistemlər, «Smerç» reaktiv yaylım atəşi sistemləri və s. demirəm»- Xramçixin əlavə edib.

Qüvvələr nisbətinə gəldikdə isə Xramçixinə görə hazırda texnikanın və silahlanmanın keyfiyyətinə görə Rusiyadan sonra postsovet məkanında ikincidir.

«Lakin şəxsi heyətin hazırlığı məsələsinə gəldikdə işlər necədir, bunu demək çətindir»-ekspert deyib.

Onun fikrincə, Qarabağdakı əvvəlki müharibədə Azərbaycan məhz silahlı qüvvələrinin mənəvi-psixoloji hazırlığının aşağı olmasına görə uduzdu.

«İndi vəziyyət necə dəyişib, baxmaq lazımdır» - Xramçixin əlavə edib.

Ekspertin sözlərinə görə, Azərbaycanın İsraildən nəinki «Dəmir dəbilqə» raketdən müdafiə sistemləri, eləcə də orta mənzilli EXTRA ballistik raketləri, habelə Pakistandan uzaqmənzilli «Hatf-4» ballistik raketləri aldığına dair məlumatlar həqiqətə uyğun deyil.

«Eləcə də erməni tərəfinin Rusiyanın Ermənistana «İsgəndər» raketlərini verəcəyinə dair məlumatlar doğru deyil. Bütün bunlar tamamilə istisna olunub» - ekspert deyib.

Rusiya Elmlər Akademiyasının beynəlxalq təhlükəsizlik üzrə baş elmi əməkdaşı Vladimir Yevseyev isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında situasiya doğrudan da pisləşib. Ancaq böyük müharibədən qaçmağa imkan verən amillər də var.

«Ötən ilin avqustu ilə müqayisədə hazırda döyüş əməliyyatları zonasında vəziyyət döyüş kəşfiyyatından kəşfiyyat-diversiya fəaliyyətinə doğru dəyişib. Erməni qoşunlarının birinci müdafiə xəttinin keçilməsi, minalanma, müxtəlif cür xüsusi texnikadan, o cümlədən İsrail istehsalı olan optik gecəgörmə nişangahlardan istifadə olunmaqla snayper duelləri qeydə alınıb.

Döyüş şəraitinin bu cür dəyişməsi erməni qoşunlarından adekvat addımlar tələb edir. Lakin kəşfiyyat-diversiya qruplarına qarşı müdafiə olunmaq mümkün deyil, əgər söhbət təkcə aktiv müdafiədən getmirsə. Vəziyyətin müəyyən inkişaf ssenarisində bütün bunlar münaqişənin eskalasiyasına gətirib çıxara bilər»- rusiyalı ekspert deyib.

Yevseyev xatırladıb ki, ötən ilin avqustunda təmas xəttində əsasən iriçaplı pulemyotlardan istifadə olunurdusa hazırda minaatanlardan fəal istifadə edilir.

Yevseyev əmindir ki, münaqişə zonasında vəziyyətin gərgin olmasına baxmayaraq Azərbaycan müharibəyə başlamaqda maraqlı deyil. Çünki bu çox təhlükəli olardı...