vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
15:07 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 2609 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ad çəkə bilmərəm, üstümə şığıyarlar»

«Hələ elə «düha» var ki, ayda 3-4 kitab ortalığa qoyur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə qatılmaq istəyənlər namizəd olmaq istəklərini açıqlamağa başlayıblar. Bəziləri də namizədliklə bağlı qərarı seçkilərə az vaxt qalanda verəcəklərini söyləyirlər.

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, keçmiş deputat, hakim Yeni Azərbaybaycan Partiyasının üzvü Eldar Sabiroğlu isə modern.az saytına açıqlamasında deputatlığa namizəd olmaq istəmədiyini söyləyib.

Səbəbini isə belə izah edib: «Yeni Azərbaycan Partiyasında şəxsi təşəbbüslə çıxış etməyin yaxşı nəticəsi olmur. Rəhbərliyin icazəsi və razılığı mütləqdir. Bunu nəzərə alaraq, namizədliyimi verməkdən imtina etdim. Çünki təşəbbüsüm özümü çətin vəziyyətə sala bilər. Bunu istəmirəm. Partiyada və yuxarı dairələrdə məni arzulamayan insanlar var. Bunu gizlətməyimin bir mənası yoxdur. Onlar mövqe sahibidirlər».

«Həmin mövqe sahiblərinin adlarını çəkə bilərsinizmi » sualını E.Sabiroğlu belə cavablandırıb: «Kimlərinsə adlarını çəkmək mənə xeyir gətirməz. Üstümə şığıyarlar. Bunu etiraf edirəm. Çünki təklikdə mübarizənin effekti olmur. Bəzi «sədaqət» sahibləri, xoşlamadıqları adamı ləkələməkdə ustadırlar.

Bunu çox gözəl bacarırlar. 2-3 belə «usta» özlərinə sərf edən informasiya ilə hədəf götürdükləri adamın belini elə qırırlar ki, bir də özünü düzəltməsi mümkün deyil. İndi onlar elmi də, poeziyanı da və digər sahələri də monopoliyaya alıblar. Vəzifə ailəvi alimlər yetişdirir. «Ər və arvad», oğul və qız hamısı elmin korifeyinə dönüb.

Hələ elə «düha» var ki, ayda 3-4 kitab ortalığa qoyur. Bunu heç rəhmətlik Karl Marks da işləməyə-işləməyə edə bilməyib. Xidmət barədə isə danışmaq təhlükəlidir. Adamın gözünü çıxararlar. Xeyirlisi o ola bilərdi ki, gərək əvvəldən müxalifətdə olub, sonra iqtidar tərəfə keçəydim. Təəssüf ki, zamanında bunu düşünməmişəm.

Düşünsəydim əla olardı. Siyasi cəbhədəki münasibətlər göstərir ki, bu addımı atanlara dərin hörmət bəslənilir. Onları sadiq adam kimi tanıyıb dəyərləndirirlər. Bu şansı əldən versəm də, heyfislənmirəm».

Eldar Sabiroğlu seçki günü dəstəkləyəcəyi namizəd barədə də danışıb. «Dəstəkləyəcəyim namizəd Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizəd olacaq. Kimlər istəyirsə, həmin gün seçki məntəqəsinə gəlib mənim mövqeyimi öyrənə bilərlər».