vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
14:11 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 2284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan bu sessiyada fəal mövqe ortaya qoyacaq»

«Siyasi, iqtisadi və insan haqları sahəsində müzakirələr olacaq»

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası sentyabrın 15-18-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək. Sessiya «ATƏT-in ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi» mövzusu altında keçiriləcək.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova sessiya zamanı müzakirəyə çıxarılacaq məsələlər barədə danışıb.

Bahar Muradova Modern.az saytına açıqlamasında deyib ki, Asiyada, Avropada əməkdaşlığa dair, siyasi, iqtisadi və insan haqları sahəsində müzakirələr olacaq.

«Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı məsələlərin dünyanın gündəliyinə salınmasına çalışır. Biz bu sessiyada da fəal mövqe ortaya qoyacağıq».

Vitse-spiker onu da bildirib ki, Azərbaycan nümayəndə heyəti məhdud tərkibdə həmin iclaslarda iştirak edəcək.