vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
18:13 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 1926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdəbildə etriaz

Yerli telekanalda yayımlanan türkdilli xəbər proqramının dayandırılması xalqı hərəkətə gətirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İran xəbər agentliklərinin verdiyi məlumata görə, Ərdəbil vilayəti telekanalının ən çox izlənilən proqramı olan türkcə xəbər proqramının yayımdan çıxarılması əhalinin geniş etirazına səbəb olub. Bir çox yerli internet qəzeti və Fars xəbər agentliyi bu barədə məlumat yayıb.

Yerli jurnalist Məhəmməd Əsgərinin «Fars» üçün hazırladığı reportajda belə yazılır:

«Türkcə olduğu üçün əhali tərəfindən ən çox izlənilən və hər axşam saat 5-də yayımlanan xəbər proqramı məlum olmayan səbəblər üzündən bir müddətdir yayımdan çıxarılıb. Buna etiraz edən ərdəbilli vətəndaşlar vilayət telekanalı rəhbərliyindən açıqlama tələb edirlər.»

Xəbər agentliyi həmçinin yerli kanalda «düzgün türkcə yerinə 99 faiz sözlərinin farsca olduğu və sadəcə fellərin türkcə olduğu bir dil»dən istifadə edilməsinə etiraz olaraq Ərdəbil valisinin ötən aylarda ifadə etdiyi sözlərinə də yer verib.

Hətta molla rejimini dəstəkləyən bəzi siyasətçilər də Güney Azərbaycanın müxtəlif vilayətlərində yerli kanallarda türk dilində proqramların olmamasına etiraz edirlər. Onların dediyinə görə, bu problemlər əhalinin başqa ölkələrin, xüsusilə Türkiyə kanallarına diqqət göstərməsinə yol verir.