vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
18:18 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 2182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 rayonda karusel

İcra başçıları prezident fərmanı ilə yerlərini dəyişdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifədən azad olunması barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəc oğlu Fərəcov bu vəzifədən azad olunaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nəsib Məhəmməd oğlu Məhəməliyev isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi Rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin olunublar.

İlham Əliyevin başqa bir sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, buna qədər Abşeron RİH başçısının I müavini vəzifəsində çalışıb.