vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
13:40 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Duz-çörək Həsən»in taktikası

Səfir Elin Süleymanov Vaşinqtonun Bakıya qarşı soyuqluğunu «ac başda ağıl olmaz» kimi qiymətləndirib «nahar diplomatiyası»nı davam etdirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün ABŞ dövlət katibinin müşaviri Tom Şannon Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovla işgüzar naharda görüşəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Dövlət Departamentinin rəsmi saytı bildirir. İşgüzar nahar Vaşinqton vaxtı ilə 12:30-da başlayacaq. Müzakirə olunacaq məsələlər barədə məlumat yoxdur.

Lakin maraqlı detal budur ki, bu, Tom Şannonun Elin Süleymanovla son bir ayda ikinci belə görüşüdür. Azərbaycan səfiri cəmi üç həftə əvvəl-avqustun 11-də Tom Şannonla işgüzar naharda görüşüb.

Həmin məlumatı da Dövlət Departamentinin rəsmi saytı yayıb. Bu, Vaşinqtonla Bakı arasında diplomatik təmasların bir qədər intensivləşdiyi vaxtda baş verir.

Tərəflər arasında soyuq münasibətlər qalsa da hər iki tərəfdən münasibətləri yenidən əvvəlki məcraya qaytarmaq səyləri də müşahidə edilir.