vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
PARTİYALAR  
15:18 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 3007 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

YAP-ın siyahısı niyə açıqlanmır?

İlginc səbəb...

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkə ictimaiyyətinin və siyasi çevrələrin bütün diqqəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabr ayının 1-də keçiriləcək Milli Məclisə seçkilərdə iştirak edəcək deputatlığa namizəd siyahısına yönəlib.

Hakimiyyətə yaxın dairələr, müstəqil şəkildə deputatlığa namizədliyini verəcək şəxslər, hətta bəzi müxalif partiyalar öz seçki taktika və strategiyasını YAP-ın seçki siyahısı üzərində fokuslaşdırıb.

Dördgözlə, həyəcanla YAP-ın namizəd siyahısını gözləyən siyasi fiqurantlar öz parlament seçkiləri ilə bağlı fəaliyyət sxemini də hazırlamağa tələsmir. Çünki, siyasi çəkişmələr, mübarizələrin predmet və hədəflərini müəyyən etmək üçün YAP-ın bölgüsü vacibdir.

Bununla da hökumət kulisləri ilə əməkdaşlıq çərçivəsində olan partiya və müstəqil namizədlər öz fəaliyyət istiqamətlərini YAP siyahısına əsasən quracaqlar ki, ortalıqda bir inciklik olmasın.

Lakin ümidlərin yaratdığı assosiasiyalar hələ ki, xəyal dünyasında qərarlaşıb. Çünki, hakim partiya hələ də seçki siyahısını açıqlamır. Birmənalı olaraq təbii ki, YAP gec-tez, hətta bu gün ya da sabah çoxsaylı kontingentin intizarına son qoyacaq.  Amma partiyanın seçki siyahılarının tərtib olunmasında yaranan ləngimənin səbəbləri daha çox maraq doğurur.

Modern.az saytının əldə etdiyi məlumata görə, YAP-da seçki siyahılarının müəyyənləşməsinə görə rəqabət şəraitində qurum daxili mübarizələr səngimir.

Belə ki, partiyanın siyahısında olmayan hazırkı deputatlardan bir neçəsi bunu həzm edə bilmirlər.  Hələ bundan əvvəl mətbuat səhifələrində yer alan fərziyyələrdə iddia olunurdu ki, YAP seçkilərə partiyadaxili islahatlar yolu ilə qatılacağını qarşısına məqsəd qoyub.

Seçkilərdə dövlətdə vəzifə sahibi tutanların, rektorların, yaşlı partiya üzvlərinin deputatlığa gedən yolunun bağlanması fikri mütəmadi olaraq qeyd olunub. Bu cür qərarların hakim siyasi elita tərəfindən verildiyi də bildirilirdi.

Siyahı tərtibatının keyfiyyətcə hansı formatda olacağını böyük səbirsizliklə gözləyənlər isə, deyəsən, belə getsə, bir az dişlərini sıxmalı olacaqlar...