vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
17:32 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 996 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Passiv tərəf olmamalıdır»

«91-lər»in nümayəndəsi: «Builki seçkilərə qatılmaq kimi fikrim yoxdur»

Pərvin ARZUQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Parlament seçkilərində namizədliyimi irəli sürməyə ehtiyac duymuram». BunuModern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının sabiq deputatı, məşhur «91-lər»dən olan Şahlar Əsgərov deyib.

O bildirib ki, builki parlament seçkilərində iştirak etmək fikri yoxdur:

«Mən iki dəfə seçkilərdə partiyanın namizədi kimi seçilmişəm. Birinci dəfə partiyanın proporsional siyahısında ilk sıralarda olmuşam. İkinci dəfə isə partiyanın dəstəyi ilə seçilmişəm. Qarşıda görüləcək işlərim çoxdur. Kitab üzərində işləyirəm. Ona görə də builki seçkilərə qatılmaq kimi fikrim yoxdur».

«Seçki siyahısında namizədlərdən kimi görmək istərdiniz» sualına isə Şahlar Əsgərov belə cavab verib:

 «Mətbuatda da bir neçə dəfə demişəm və bununla bağlı qəti qərarım var. Deputat seçilən şəxs parlamentin qarşısında duran sualları həll etməyə qadir olan insanlardan təşkil olunmalıdır. Orada gedib, sadəcə düyməni basmaqla kifayətlənməməli, prosesin passiv tərəfi olmamalıdır. Deputat qanunvericiliyin obyekti yox, subyekti olmalıdır. O həm də bütün prosesləri yaxından izləməlidir».