vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
17:53 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda əsgər qalmadı...

...Üç ölü, iki yaralı

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda Vardenis–Martuni yolunda baş verən yol qəzası nəticəsində üç erməni əsgəri ölüb, ikisi isə yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən qəza Qeharkuniks vilayətinin Çovak kəndində baş verib.

Belə ki, «Mercedes» markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü 1985-cı il təvəllüdlü S.Q, sərnişinlər 1986-cı il təvəllüdlü T.S, 1970-ci il təvəllüdlü Q.M, 1977-ci il təvəllüdlü Q.S və Q.V müxtəlif dərəcəli xəsarət alıb. Onlar dərhal Vardenis rayonunda yerləşən hərbi hospitala yerləşdiriliblər.

Xəstəxanaya aparılan zaman T.S təcili yardım maşınında keçinib.

Sentyabrın 6-da saat 09:00 radələrində isə 1977-ci il təvəllüdlü Q.S və Q.V xəstəxanada dünyasını dəyişib.

Ermənistanın Müdafiə Nazirliyi də hərbçilərin ölümü və yaralanması ilə bağlı xəbəri təsdiqləyib.