vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:28 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmən sürünür

Son 10 gündə Azərbaycanın Ermənistana vurduğu zərbə...

Natavan ÇAVUŞ

MÖVZU İLƏ ƏLAQƏLİ

Düşmən atəşkəsi pozaraq yenə də özünə zərər verməkdədir. Cəbhə xəttindəki gərginlik artıq bir həftədən çoxdur ki, davam edir.

Ötən həftə Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələr endirib. Bir neçə gün davam edən hücumda erməni tərəfi ağır itkilərə məruz qalıb. Onlarla itki verən düşmən qüvvələri bir tərəfdən itki sayını gizlətməyə çalışır, digər tərəfdən də təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa davam edir.

Azərbaycan hərbi qüvvələrinin qarşısında tab gətirməyən düşmən tərəf «oyun çıxarır»

Silahlı Qüvvələrimizin qəti və adekvat tədbirləri nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədə uğursuzluğa düçar olmaqdadır.

Ötən həftə Müdafiə Nazirliyindən kəndlərimizin və dinc sakinlərin düşmən tərəfindən atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən atəş sistemlərindən istifadə etməklə düşməni məhv ediləcəyi bildirildi.

Bundan qorxuya düşən Ermənistan rəhbərliyi, guya, hərbi təlimlərin keçirilməsi adı altında sərhədboyu zonada yerləşən 20-dək yaşayış məntəqəsindən kənd sakinlərini təxliyə etməyə başladı. Məqsəd isə əhalisinin qayğısına qalmaq yox, Azərbaycanın, guya Ermənistan torpaqlarına işğalçı siyasət yeritdiyini dünyaya çatdırmaqdan ibarətdir. Digər tərəfdən ölkə daxilidə narazılıqların və ixtişaşların baş qaldırdığı bir vaxta bu cür siyasət yeridərək xalqının diqqətini yayındırmaq özü də «tülkü» hiyləgərliyinin bir parçasıdır.

 

Bir həftədə 1.017 atəş zərbəsi

 

Bir yandan Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirəcəyi daha ağır zərbələrin gücündən ehtiyatlanan, digər tərəfdən də öz məkrli siyasətini həyata keçirməkdə davam edən düşmən ard-arda uğursuzluğa düçar oldu. Təkcə sentyabr ayını götürsək cəmi 10 gün ərzində düşmən qüvvələrinin verdiyi itkilərin xəbəri Ermənistan mətbuatına bomba kimi düşdü.

Ötən həftə təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları məhv edildi. Əməliyyat zamanı düşmənin diversiya qrupunun 2 üzvü öldürüldü. Ağır itkilər verən düşmən qüvvələri avtomat və silahların darağını ataraq geri çəkildilər. Təkcə son bir həftə ərzində düşmən xeyli sayda itki verib. Hazırda cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır.

Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edildi və xeyli sayda yaralısı ilə düşmən susturuldu.

Ermənistan kəşfiyyatçı dəstəsinin Yezid Həsən ləqəbli tağım komandiri və zabiti məhv edildi.

Adətən çəlimsiz əsgərlərini güllə önünə atan düşmən ordusunun budəfəki geniş çaplı kəşfiyyat planı uğursuzluğa düçar oldu. Hər zaman olduğu kimi.

Ermənistan son 10 gündə iyirmidən çox itki verib və çox sayda yaralı var.

Qeyd edək ki, Cəbhə xəttində gərginlik davam edir. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.