vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:54 | 14 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ürəyim ağrıyır»

Oqtay Əsədov: «Tərbiyəsizcəsinə şər atırlar»

X.SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclis (MM) Avropa ittifaqının Azərbaycanla bağlı qətnaməsini müzakirə etmək üçün növbədənkənar iclas keçirir. Strateq.az bildirir ki, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Aİ-nin qəbul etdiyi sənədi sərt tənqid edib.

Spiker Oqtay Əsədrov deyib ki, konstitusiyaya uyğun olaraq, parlamentin 49 deputatı ona müraciət ünvanlayaraq, növbədənkənar iclasın keçirilməsini təklif ediblər.

Spiker bildirirb ki, Azərbaycan bu beynəlxaq quruma Avopa məkanına inteqrasiya üçün bir platforma kimi baxıb. Lakin bu qurum Azərbaycanın düçar olduğu problemlərə yardım göstərmək əvəzinə, ölkənin daxili işlərinə kobud müdaxilələrə yol verir.

«Hesab edirəm ki, Azərbayanın qoşulduğu Avronest PA-da fəaliyyəti dayandırılmalıdır. Belə münasibətdən sonra bu qurumda işləmək nəyə lazımdır? Avropa Parlamenti Azərbaycan torpaqlarının işğal olunmasına, milyonlarla qaçqının mövcudluğuna göz yumur, amma məişət zəmnində baş verən hadisələri insan azadlığının pozulması faktı kimi bəyan edir», - deyə spiker vurğulayıb.

Spiker deyib ki, Azərbaycan parlamenti dəfələrlə Avropa Parlamentinin qərəzli münasibəti ilə üzləşib: «Bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib, tərbiyəsizcəsinə Azərbaycan siyasi hakimiyyətinə şər atılıb».

O.Əsədovun sözlərinə görə, Avropa Parlamentinin iclasını vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla canlı müşahidə edib: «Biz gördük ki, parlamentin nə qədər deputatı Azərbaycana qarşı qərəzli mövqe tuturlar".

Spiker deyib ki, adətən, belə məsələlərdə 40-50, 60 deputat iştirak etsə də, bu dəfə Azərbaycanın məsələsini «təxirəsalınmaz» adı altında müzakirəyə çıxarıblar: «Çox az halda olub ki, Avropa Parlamentində 635 deputat iştirak etsin, bu dəfə o qədər deputat iştirak edib. Avropa Parlamentinin xarici əlaqələr komitəsini sədri çıxışında dedi ki, «əvvəlcə komitədə məsələni müzakirə etməliyik, əks təqdirdə Azərbaycanı itirə bilərik». Lakin ardınca Azərbaycanın «dostları» söz alıb. Sonra öyrəndik ki, bu iki deputat sentyabr ayında Dağlıq Qarabağda olublar və Saakyanla görüşüblər. Elə bu onu göstərir ki, deputatlar Saakyandan təlimat alıblar. Avropa Parlamenti korrupsiyaya da uğrayıb. Bu barədə qurum rəhbərliyinə də yazmışam».

«Dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağzına çullu dovşan sığmır».

O qeyd edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: «Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?»

Spikerin sözlərinə görə, deputatlardan biri Azərbaycanın atdığı minomyot atəşi nəticəsində Dağlıq Qarabağda bir qadının həlak olduğunu «eşidib», ancaq Azərbaycan ərazilərinin işğalından heç nə danışımayıb: «Əslində bu sənəd Avropa Parlamentinin imicinə yeni bir zərbə oldu».

O.Əsədov xatırladıb ki, bu qətnamə Azərbaycandakı parlament seçkiləri ərəfəsində qəbul olunub: «Biz beynəlxalq təşkilatlara seçkilərdə müşahidəçi göndərməklə bağlı müraciət etmişik. Ancaq bu qətnamədə Azərbaycana müşahidəçi göndərməmək çağırışı edilir».

Spiker deyib ki, əsas məqsəd Azərbaycanın imicinə zərbə vurmaq, onu Avropa qurumlarından təcrid etməkdir.

O.Əsədov Avropa qurumları ilə əməkdaşlıq məsələsinə yenidən baxılmasını zəruri sayıb: «Nazirlər Kabineti «Şərq tərəfdaşlığı» proqramı məsələsinə yenidən nəzər salsın. Biz bu təşkilatla bağlı qərar verməliyik. Bu təşkilat bizə nə verib?»

Spikerin sözlərinə görə, Azərbaycan heç bir qurumun əlaltısı olmayacaq.

Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.

Müzakirələr davam edir.