vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
14:04 | 14 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1041 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kağız parçasıdır»

«Liviyanı dağıtdınız, indi də Azərbaycanı dağıtmaq istəyirsiniz?!»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əhəmiyyətsiz bir kağız parçasıdır». Modern.az saytı xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasda çıxışı zamanı deyib.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir:

«Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb.

 Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz?».

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək və Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatlar hazırlayıblar:

«Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?».

Z.Əsgərov Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunaraq bildirib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir:

 «Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onların qaçqın kim etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürüsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilərsiniz? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur».