vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
14:34 | 11 noyabr 2015 | Çərşənbə Məqaləyə 1037 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

13 nəfər edam oluna bilər

İranda xristianlığı qəbul edən şəxslər tutulub

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda islamı tərk edərək xristianlığa keçən 13 nəfər tutulub. Hadisə bir həftə əvvəl baş versə də, bu barədə məlumat yenicə yayılıb.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Vəramin şöbəsinin əməkdaşları bir həftə əvvəl yeni xristianların ev kilsəsi şəraitində təşkil edilən dini yığıncağına hücum çəkərək hər 13 nəfəri tutub naməlum istiqamətə aparıblar. Tutulanların hamısının kimliyi bəlli olmasa da, onlardan 4-ünün adları mediaya açıqlanıb: Məhəmməd Şahqasimi, Zəri Şahqasimi, Bəhram Tacik və Simin Mirzayi.

Bildirilir ki, əvvəllər Emanuel kilsəsinin üzvləri olan tutulanlar, ölkənin təhlükəsizlik qüvvələri həmin kilsəni bağlayıb onun fəaliyyətinin qarşısını alandan sonra öz ibadət və dini mərasimlərini ev kilsəsi şəraitində keçirirdilər. Tutulan şəxslərin hazırda harada saxlandığı və konkret olaraq nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, İrandakı şəriət cəza qanunlarına görə, islamı tərk edən və başqa dinləri qəbul edən hər bir şəxs “mürtəd” sayılır və ölüm hökmü ilə cəzalandırılır.