vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
14:58 | 11 noyabr 2015 | Çərşənbə Məqaləyə 2132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan İrana zərbə

Obama «milli fövqəladə vəziyyət»in vaxtını daha bir il uzatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama noyabrın 10-da ABŞ Konqresinə məktub yazaraq Tehranla Vaşinqton arasındakı münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq İrana münasibətdə «milli fövqəladə vəziyyət»in vaxtını daha bir il müddətinə uzatdığını bildirib.

Obamanın ABŞ Konqresinə yazdığı məktubda deyilir ki, o, 1979-cu il noyabrın 14-də İranda yaranmış durumun ölkənin milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatına təhdid olduğunu göstərən 12170 nömrəli fərmanı əsas götürərək milli fövqəladə vəziyyətin vaxtını daha bir il müddətinə uzadır.

Qeyd edək ki, 12170 nömrəli fərman, 1979-cu il noyabrın 14-də, yəni ABŞ-ın Tehrandakı səfirliyinin işğal olunaraq amerikalı diplomatların radikal islamçılar tərəfindən girov götürülməsindən 10 gün sonra ABŞ-ın keçmiş prezidenti Cimmi Karter tərəfindən imzalanaraq onun tətbiqinə başlanılıb.

Bu fərmanın imzalanması ilə ABŞ-ın Maliyyə Nazirliyinə İranın ABŞ-dakı maliyyə hesablarının, o sıradan da banklarda və xarici şöbələrdəki hesablarının dondurulması barədə göstəriş verilib.