vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
14:19 | 27 yanvar 2016 | Çərşənbə Məqaləyə 1301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AKP-li deputatın məsuliyyətsizliyi...

... yoxsa yuxarıdan gələn tapşırıq?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Azərbaycan üzrə «Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi» və «Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması» adlı iki məruzə müzakirə olunub. Müzakirədə iştirak edən Azərbaycan nümayəndə heyyətinin üzvü, millət vəkili Fazil Mustafa səsvermə ilə bağlı fikirlərini «Facebook»dakı səhifəsində paylaşıb.

«Dünən AŞPA-da millət vəkili Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər. Bu məsələdə Bosniya-Herseqovinadan olan məruzəçi xanım Mirça Markoviçin qətiyyətli mövqeyini xüsusi olaraq vurğulamaq istərdim. Bununla belə, Volterin hazırladığı Dağlıq Qarabağla bağlı qətnamənin qarşısının alınmasında əksər Avropa ölkələrinin prezidentləri, xüsusi ilə Minsk qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri nəticəsində həmin ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etmədi.

Bununla belə ürək ağrısı ilə bir epizodu bölüşmək istəyirəm. Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamadım və hər vaxt qardaş ölkəmizin Azərbaycanda nüfuzdan salınmasına qarşı en sərt formada çıxış etmişəm. Ən ağır zamanlarda ölkəmizin yanında duracaq ölkələrdən biri də Türkiyə olacağını düşünərək, qardaş ölkənin Azərbaycandakı nüfuzunun müdafiəsi üçün həmişə çalışacağam. Ona görə də bu yazacaqlarım iradlar qətiyyən göz bəbəyimiz olan Türkiyənin əleyhinə olan mövqe kimi anlaşılmasın. Sadəcə qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm.

Demək Volterin məruzəsində səsvermə 66 leyhimizə, 70 əleyhimizə ilə nəticələndi. Lehimizə daha dörd səs olsaydı qətnamə qəbul olunacaqdı. Türkiyə nümayəndə heyəti səsvermə hüququ olan 18 nəfər əsas heyətdən ibarət idi. Bunlardan 2 millət vəkili PKK-nı dəstəkləyən partiyanın namizədləri olduğuna görə ermənilərə simpatiya duymaları təbii qarşılanmalıdır. Qalan 16 nəfərin hər biri səs versəydi bərabərlik yaranacaqdı və qətnamə qəbul olunacaqdı. Təəssüf ki, 16 millət vəkilindən cəmi 12 nəfər səsverməyə qatıldı. Ədalət və İnkişaf Partiyasından (AKP) 2 və Cümhuriyyət Xalq Partiyasından (CHP) 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. Hətta səs verməyən millət vəkillərdən biri hakim partiya AKP-nin nümayəndə heyətinin rəhbəri idi. Halbuki, iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq. Bu məsələnin qondarma soyqırım qədər əhəmiyyətli daşıdığını və bizim qədər də Türkiyəyə ciddi arqument verəcəyini diqqətlərinə çatdırmışdıq. Türkiyə rəsmiləri yəqin ki, bu səhlənkarlığın izahını verəcəklər. Ancaq aydın görünən bir hal var ki, beynəlxalq arenada qondarma soyqırım məsələsində türklərin ermənilərə uduzmasına səbəb məhz bu cür davranışlardır. Maraqlıdır ki, ikinci qətnamənin səsverməsində həmin 16 türkiyəli millət vəkilləri lehimizə səs vermişdi. Əgər ikincidə səfərbər olundularsa, deməli ilk səsvermədə də ola bilərdilər. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalı olacağını düşünürəm. Bu arada hər iki qətnamə layihəsində Azərbaycanın maraqlarını dəstəkləmiş Türkiyədən, Ukraynadan, Gürcüstandan, Moldovadan, Macarıstandan və başqa ölkələrdən olan millət vəkillərinə təşəkkürümü bildirməyi borc özümə hesab edirəm».

Onu da qeyd edək ki, Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, erməni əsilli millət vəkili Markar Yesayan bu gün keçirilən iclasda müzakirə olunan, qəbul edilən «Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi» və qəbul olunmayan «Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması» adlı hər iki məruzənin lehinə səs verib. M.Yesayan AKP-nin İstanbuldan seçilən millət vəkilidir.