vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
18:49 | 28 yanvar 2016 | Cümə axşamı Məqaləyə 1502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsas odur hədəfi dəqiq vururam»

Fazil Mustafa Günay Musayeva ilə sevgili olması xəbərindən danışdı

MƏNSUR

«Azərbaycanda keçmiş MTN-i idarə edən Mahmudov – Çovdarov bandasının vurduğu ən böyük zərbə pul oğurluğu və ya quldurluq əməlləri ilə bağlı deyildi. Daha dəhşətlisi pulla orqana qəbul ənənəsi yaratdıqlarına görə xarici ölkələrin, xüsusilə də cənub qonşumuzun agentura şəbəkəsinin bu quruma qəbul olunmasına yaşıl işıq yandırmaları idi».

Cebhe.info xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib. F.Mustafanın sözlərinə görə, inandırıcı deyil ki, qısa müddətdə bu şəbəkəni təmizləmək mümkün olsun:

«Peşəkar general Mədət Quliyevin bu şəbəkə ilə, onun uzantısı olan adamlar və media subyektləri ile mübarizəsi elə də asan olmayacaq və hər bir vətənini sevən insan bu məsələdə öz dəstəyini əsirgəməməlidir. Qeyd edim ki, cənub qonşumuz tərəfindən yönləndirilən və idarə olunan saytlar və şəxslar barədə dəfələrlə faktlar yazmışam və Daxili İşlər Nazirliyindən başqa məsələyə ciddi reaksiya verən olmayıb. İndi o saytları tanımaq istəyirsinizsə mənimlə bağlı bir böhtanın necə yayılmasının mexanizmi ilə tanış olmanız yetərlidir. İki-üç gün öncə ATV kanalının indiyədək baxmadığım bir verilişində tanımadığım insanlardan biri Türkiyə türkcəsində danışıb. Buna bəzi tanınmış şəxslar irad bildiriblər ki, xarici dildə danışdığına görə mütləq cəzalandırılmalıdır. Mənim isə reaksiyam belə olub ki, istənilən şəxs əcəb edib, Azərbaycan televiziyasında türkcə danışır, siz də gedib Türkiyə televiziyasında Azərbaycan türkcəsində danışın, bir-birimizi rahatlıqla anlamağa alışaq. Dövlət dilimizi rus, fars, ərəb, ingilis dilindən qorumalıyıq, türk dilindən qorumaq, türk dilindən nəyisə tərcümə etmək isə absurddur.

İndi İrandan yönləndirilən şəbəkə informasiya mətni hazırlayıb və öz saytlarında tirajlayıb ki, bəs türkcə danışan həmin model Fazil Mustafanın sevgilisi olduğuna görə, onu müdafiə edib. Bu cür böhtanlara ara-sıra rast gəldiyimizə görə üzərində çox durmuram, həm də 14 əsrdir o nəhənglikdə Peyğəmbərimizin dürüstlüyü «Quran» ayəsi ilə təsdiq olunmuş bilgə qadını Hz. Ayşəni əxlaqsızlıqda təqsirləndirən bu siğədən doğulanlardan başqa bir şey də gözləmək doğru olmazdı.

Ancaq maraqlı budur ki, mətnin sonunda buraxdıqları izin fərqinə varmayıblar. Təqribən yazılıb ki, bəs, Fazil Mustafa şiələrin əleyhinə çıxanda bilmirdi ki, məsələlər belə olacaq? İndi anlaşıldı mənbə haradan gəlir? Mənim müzakirə mövzusu olan statusumda ümumiyyətlə din və ya məzhəb mövzusunda toxunulmamış, ancaq dil mövzusuna toxunulub. Əslində mətnə görə mənim həqiqi sevgim də, eşqim də türk dili olmalıdır, bu əslində belədir! İstənilən insan – model olsun, ziyalı olsun, hətta siğədən doğulan iranlı olsun, Azərbaycan televiziyasında istənilən türk ləhcəsində danışa bilər. Çünki buna qadağa qoysaq, əks halda sabah bizdən tələb edəcəklər ki, Şəhriyarın da türkcə şerlərini tərcümə ilə verək.

Türk məktəblərinin bağlanmasına etiraz bildirdim, tanımadığım, bilmədiyim, bircə kitabını belə oxumadığım adamlara bağlayıb nurçu dedilər. Türk dilini müdafiə etdim, tanımadığım adamı mənə sevgili çıxardılar. Olsun, bizim türklər demişkən, kader bu! Əsas odur, söylədiklərim, yazdıqlarım dəqiq hədəfi tutur. Davamı bundan sonra da gələcək. Bu Vətəni, bu dövləti, bu dili, bu dini, bu bayrağı çökdürmək istəyənlərin qarşısında bütün böhtanların, iftiraların üzərindən adlayaraq Allahın izni ilə dim-dik duracağımızdan tam əmin ola bilərsiniz, zavallı rus-fars-erməni siyasətinin icraçıları».