vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
13:18 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 895 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neftin ucuzlaşması Ohanyan ruhlandırıb?

Ermənistan müdafiə naziri deyəsən əsgər tabutları üçün darıxıb...

Fərhad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Təmas xəttində təxminən 1 aydan artıqdır ki, davam edən nisbi sakitlikdən sonra Azərbaycan ordusu yanvarın 29-da itki verib. Xəbər verildiyi kimi Müdafiə Nazirliyi həmin gün saat 15 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin açdığı atəşlə əsgər Səfərov Nahid Fikrət oğlunun həlak olduğunu açıqlayıb. Bu, ilin əvvəlindən bəri Azərbaycan ordusunun ikinci əsgər itkisidir. Ermənistan ordusunun rəsmən açıqlanan itkiləri haqda məlumat yoxdur.

Bu insident təmas xəttində və ümumiyyətlə münaqişə ətrafında vəziyyətə bir daha nəzər salmaq zərurəti yaradır. Belə ki, bütün ötən il boyu təmas xəttində vəziyyət olduqca gərgin olaraq qalmışdı. Vaxtaşırı olaraq kütləvi artilleriya və minomyot zərbələri, diversiya həmlələri haqda xəbərlər gəlirdi və bu atışmalarda hər iki tərəf itki verirdi.

Lakin itkilərin artması Ermənistanı məcbur etmişdi ki, KTMT üzrə müttəfiqlərini öhdəliklərinə sadiq qalmamaqda ittiham etsin və bütün beynəlxalq tribunalarda, həmsdr dövlətlər qarşısında Azərbaycanın təmas xəttində getdikcə daha iriçaplı silahlardan istifadə etməsindən şikayətlənsin. Azərbaycan silahlı qüvvələri düşmənə atəş zərbələrinin dozasını get-gedə artırırdı və ordumuz ötən ilin sonlarında təmas xəttində hətta son 20 il ərzində ilk dəfə tankları işə salmışdı.

Azərbaycan Müdafiə Nazirliyinin hesablamalarına görə Ermənistan ordusunun ötən il ərzində verdiyi itkilərin sayı 250-dən artıqdır. Hərçənd ki, işğalçı ölkənin Müdafiə Nazirliyi bu itkilərin təxminən üçdə birini etiraf edir. Bununla belə Ermənistan müdafiə naziri Seyran Ohanyanın ordudakı itkilərin məxfi saxlanılmasına dair xüsusi əmr verdiyi bir neçə ay əvvəl Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə məlum olmuşdu.

Təmas xəttində vəziyyət prezidentlərin İsveçrənin Sürix şəhərində keçirilən, Azərbaycan prezidentinin bildirdiyi kimi, daha çox formal xarakter daşıyan görüşündən sonra nisbətən sakitləşdi. Doğrudur, Müdafiə Nazirliyi hər gün cəbhədə atəşkəsin pozulması və düşmən mövqelərinə endirilən zərbələr barədə xronikanı yayır. Ancaq ötən il olduğu kimi qızğın döyüşlər müşahidə olunmur. Belə görünür ki, prezidentlərin görüşü formal xarakter daşısa da tərəflər həmsdrlərin israrı ilə mövqe döyüşlərinin ən azından bir müddət səngiməsi barədə razılığa gəlmişdilər.

Buna baxmayaraq sonuncu insident də təsdiq edir ki, düşmən təmas xəttində yaranmış bu müvəqqəti, nisbi sakitlikdən istifadə etmək fürsətini əldən vermir. Burada şübhəsiz ki, təəcüblü heç nə yoxdur. Ancaq məsələyə neftin kəskin ucuzlaşması, Azərbaycanda manatın kəskin devalvasiyasından sonra baş verən neqativ iqtisadi proseslər, bəzi bölgələrdə sosial tələblərlə etirazların baş qaldırması, büdcə xərclərinin ixtisarı, o cümlədən hərbi xərclərin ixtisar ediləcəyinə dair bəzi KİV-lərin yaydıqları məlumatlar kontekstində nəzər salmaq gərəkdir. Çünki Azərbaycanda baş verən bu iqtisadi proseslər Ermənistanda da diqqətlə izlənməkdədir. Məsələn, Ermənistanda bir çoxları belə fikirlər irəli sürürlər ki, təmas xəttində hökm sürən nisbi sakitlik məhz bu iqtisadi problemlərlə əlaqəlidir. Və Ermənistanda deyəsən ruhlanıblar ki, bu iqtisadi problemlər Azərbaycan ordusunun döyüş ruhuna təsir edib.

Hətta düşmən tərəfdə belə illüziya yaranıb ki, deyəsən Azərbaycan ordusu sursata da qənaət etməli olur. Bu günlərdə jurnalistlər müdafiə naziri Seyran Ohanyandan təmas xəttində hökm sürən nisbi sakitliyin Azərbaycandakı iqtisadi çətinliklərlə əlaqəsi haqda sual veriblər. Ohanyan isə lovğa-lovğa deyib ki, indiki nisbi sakitlik daha çox erməni ordusunun «düşməni yerində oturtması» ilə bağlıdır.

Belə görünür ki, Azərbaycan ordusu, müdafiə naziri Zakir Həsənov Ohanyanın bu illüziyalarının tamamilə əsassız olduğunu ləngimədən ermənilərə nümayiş etdirməlidir. Deyəsən Ohanyan əsgər tabutları üçün darıxıb axı, elə deyilmi? (virtualaz.org)