vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
13:42 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 1936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şoyqunun poqonundan düşən «Zvezda»

Rusiya Müdafiə Nazirliyindən Azərbaycana qarşı təxribat

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı «Zvezda» reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

APA-nın xəbərinə görə, telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sərkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın «Erablur» hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan «Artsax»ın - «Dağlıq Qarabağ Respublikası»nın rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, «Zvezda» media qrupuna məxsus «Zvezda» kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.