vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
16:19 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 2599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın yeni «başağrısı»

«Kadırovun nizamlı ordusu var, Putin bu orduya əmr verə bilməz»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çeçenistan rəhbəri Ramzan Kadırovun hazırkı davranışı Putinlə münasibətlərini poza bilər». Bunu Rusiya mətbuatına açıqlamasında ekspert Nikolay Svanidze söyləyib. Onun sözlərinə görə, Kadırov Putinin vassalıdır:

«Kadırov özünün rəhbərindən irəliyə doğru qaçır. Başçı heç kimi önə buraxmamalıdır. Kadırov isə buna məhəl qoymadan başçıya düşmənləri, onlarla necə mübarizə aparmaq qaydalarını söyləyir. Hazırkı şəraitdə əsas məsələ ölkənin iqtisadi vəziyyətinin dəyişməsindən gedir. Çeçenistan dotasiyalar hesabına yaşayan regiondur. İndi Kadırov ölkənin müxtəlif yerlərində aksiyalar keçirməklə göstərir ki, mənim arxamda güclü qüvvə var və buna görə də mənim pulumu kəsməyin. Kadırovun nizamlı ordusu var. Bu ordu şəxsən ona tabedir. «Vassalımın vassalı mənim vassalım deyil». Yəni Putin bu orduya heç bir əmr verə bilməz. Kreml atacağı ilk səhv addım bu regionda qarışıqlığa səbəb olacaq».

Qeyd edək ki, bundan öncə Kadırovun ölkənin müxalif kəsimi ilə bağlı çıxışı böyük etirazlara səbəb olub. Lakin aksiyalar təkcə Kadırov əleyhinə olmayıb. Məhz çeçen liderin ətrafının fəaliyyəti ilə Qroznı və Dağıstanın bir neçə şəhərində Kadırova dəstək aksiyası keçirilib.