vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
16:28 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev hansı verlişləri izləyir?

«Bunlar həm intellektual səviyyəni qaldırır, həm də...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, «Nə? Harada? Nə vaxt?», «Xəmsə», ondan sonra «Brain Ring» - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, «Parlaq zəka», «Mən azərbaycanlıyam». Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir».

Bunu yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bildirib.

Prezident qeyd edib ki, bu verilişlər həm intellektual səviyyəni qaldırır, eyni zamanda, vətənpərvərlik hisslərini artırır.

«Ölkəmizin tarixi haqqında həm oyunlarda iştirak edənlər, həm də ki, geniş auditoriya üçün maraqlı məqamları təqdim edir. Hesab edirəm ki, Azərbaycanda bir çox intellektual oyunların beynəlxalq yarışları da keçirilə bilər. Mən bunu dəstəkləyirəm, siz də keçirirsiniz», - deyə, dövlət başçısı vurğulayıb.