vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BANK, BİRJA, SIĞORTA  
17:23 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 1267 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maliyyə Nazirliyi narazıdır...

...«Standard & Poor’s»-un son hesabatından

MÖVZU İLƏ ƏLAQƏLİ

29 yanvar 2016-cı il tarixində «Standard & Poor’s» reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib.

Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya «BBB-» səviyyəsində təsdiq edilib, proqnoz isə «mənfi» saxlanıb.

Virtulaz.org Maliyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, agentliyin yaydığı son hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

Maliyyə Nazirliyi «Standard & Poor’s» agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən «Standard & Poor’s» agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.