vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BANK, BİRJA, SIĞORTA  
18:27 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 2093 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gərgin situasiya davam edir

Dollar kreditlərinə görə Milli Məclislə hökumət arasında fikir ayrılığı yaranıb

A.QORXMAZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan manatının 21 dekabr 2015-ci il tarixli devalvasiyasından sonra dolların məzənnəsinin kəskin yüksəlişi ölkədə xeyli insanı çıxılmaz vəziyyətə saldı. Söhbət müxtəlif banklardan ABŞ dolları ilə kredit götürənlərdən gedir. Onların çoxu kredit götürərkən 1 dollar 78 qəpiyə idi.

Xarici valyutanın kursunun gözlənilmədən iki dəfədən çox bahalaşması 2014-cü ildə dollarla kredit götürənlərin borcunu 2 dəfə artırıb. Nəticə vətəndaşlarla yanaşı, bankları da gərgin vəziyyətlə üzləşdirdi. İndi banklar kreditləri müştərilərindən borcları geri almağa çətinlik çəkirlər.

Banklar kreditləri dolların yeni məzənnəsi ilə tələb edirlər, borc götürənlər isə köhnə kursla ödəmək istəyirlər.

Müştərilər hesab edirlər ki, banklar onlardan artıq pul tələb edə bilməzlər. Çünki bank ilə müştəri arasında bağlanmış kredit müqaviləsində kreditin yeni məzənnə ilə ödəniləcəyi barədə heç bir qeyd yoxdur və buna görə də xarici valyutada olan kreditlər borc götürülən gün mövcud olmuş məzənnə ilə ödənilməlidir.

Yaranmış gərgin situasiya hələ ki davam etməkdədir. Bu vəziyyətdə insanların borcları yeni kursla tələb edən bank sisteminə inamı artıq demək olar ki, itib.

Bu halda dollar kreditləri olanların bütün gümanı hökumətə, parlamentə, rəsmi qurumlara idi.  Amma rəsmilərin bu məsələ ilə bağlı fərqli mövqe sərgiləmələri, bəzi hökumət üzvlərinin dollar kreditləri barədə son vaxtlar verdiyi açıqlamalar hər şeyi alt-üst etdi.

Belə görünür ki, hökumət  əhali arasında ciddi narahatlıq yaradan dollar kreditlərinin ödənilməsinə görə güzəştlərin tətbiqini mümkünsüz sayır.

Halbuki, hələ devalvasiyanın ilk günlərində, etiraz aksiyaları keçiriləndə güzəştlərlə bağlı təkliflərin dəyərləndiriləcəyi elə rəsmilərin öz dillərindən də səsləndirilmişdi.

Hətta məsələ Milli Məclisin son iclaslarında müzakirəyə çıxarılandan sonra çoxları problemin vətəndaşın xeyrinə həll olunacağını gözləyidi. Əksəriyyət ümid edirdi ki, dollar kreditlərinin heç olmasa 2015-ci ilin birinci devalvasiyasından sonrakı məzənnə ilə (1 dollar=1 manat 5 qəpik) ödənilməsinə razılıq veriləcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc və digərlərinin vətəndaşların mövqeyini ifadə etməsinə parlament rəhbərliyi səviyyəsində müsbət yanaşılmışdı.

Deputatlar təklif edirdilər ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır. Parlamentarilər bu barədə hökumət rəsmilərilə danışıqlar getdiyini, ümumi razılaşma olduğunu bildiridilər.

Ancaq Mərkəzi Bank sədri Elman Rüstəmovun və maliyyə naziri Samir Şərifovun ard-arda verdikləri açıqlamalar hökumətin valyuta kreditlərinin ödəyicilərinə dəstək vermək niyyətində olmadığını bir daha nümayiş etdirdi. Bu açıqlamalardan belə göründü ki, hökumət üzvlərini vətəndaşların vəziyyəti deyil, daha çox bankların taleyi maraqlandırır.

Borclu vətəndaşlara güzəştlərdən danışarkən Elman Rüstəmov «Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər», Samir Şərifov isə «Banklar xeyriyyə cəmiyyəti deyil» deməklə hər şeyi borcalan vətəndaşın üzərinə atdılar. Vətəndaş isə düzgün maliyyə siyasəti yürüdə bilməyən rəsmilərin bu açıqlamaları ilə razılaşmır.

Məsələyə hələ ki nöqtə qoyulmayıb. Görəsən hökumət bu məsələdə müdriklik nümayiş etdirərək, parlament üzvlərilə fikir ayrılığını aradan qaldıracaqmı?..