vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SAHİBKARLIQ  
20:25 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 1801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərcell» danışıqlar aparır

Yeni müştəriləri var

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveç-Finlandiya telekommunikasiya nəhəngi «TeliaSonera»nın icraçı direktoru Yohan Dennilend şirkətin Azərbaycandakı törəmə müəssisəsi «Azercell»in səhmlərinin bir hissəsinə nəzarət edən «Fintur Holding» şirkətinə yeni müştərilərin maraq göstərdiyini açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Yohan Dennilend Türkiyənin «Türkcell» telekommunikasiya şirkətinin «Fintur Holding»in səhmlərini almaq marağı haqda məlumatlı olduqlarını, ancaq bu aktivlərlə maraqlanan başqa potensial müştərilərlə də danışıqların aparıldığını bildirib.

Dünyanın üçüncü ən iri telekommunikasiya şirkəti olan «TeliaSonera»  «Fintur Holding»dəki səhmlərini satmaq qərarına Azərbaycan və Özbəkistan da daxil olmaqla bəzi ölkələrdə üzləşdiyi korrupsiya qalmaqallarından sonra gəlib. Ötən il «TeliaSonera» elan edib ki, Avrasiya diviziyonu ölkələrini (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Moldova və Gürcüstan) tərk edəcək. Bu məqsədlə şirkət aktivlərini satışa çıxarıb. «Azərcell»in səhmlərinin bir hissəsinə nəzarət edən «Fintur Holding»i almağa dərhal türklər maraq göstərmişdi.

«Fintur Holding»in səhmlərinin 41.45 faizi «Türkcell»ə məxsusdur. Qalanı isə «TeliaSonera»nın nəzarətindədir Öz növbəsində «Fintur Holding» «Azərcell», «Geocell», «Kcell» və «Moldcell» mobil rabitə operatorlarının səhmlərinin bir hissəsinə nəzarət edir.