vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
21:46 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya hava sərhədini «pozub»

Türkiyə XİN-i xəbərdarlıq edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, xəbərdarlıq edilməsinə baxmayaraq Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsi barədə Rusiyanın Ankaradakı səfirinə məlumat verilib, Associated Press yazır.

Nazirliyin bəyanatında deyilir ki, cümə günü SU-34 təyyarəsinə Türkiyənin hava məkanına daxil olmazdan öncə ingilis və rus dillərində xəbərdarlıq edilib.

Noyabrda Türkiyə onun hava sərhədini pozmuş Rusiyaya məxsus təyyarəni vurub.

Nəticədə iki ölkə arasında siyasi və iqtisadi böhran yaranıb.

«Rusiya Federasiyasına məxsus SU-34 təyyarəsi cümə günü 9.46-da (Bakı vaxtilə) Türkiyənin hava məkanına müdaxilə edib», XİN bəyan edib.

Qurum Rusiyanı gərginliyi dərinləşdirməkdə ittiham edib və bildirib ki, hər hansı «ağır» nəticəyə görə Rusiya məsuliyyət daşıyacaq.