vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AVROPA  
16:29 | 31 yanvar 2016 | Bazar Məqaləyə 3005 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maskalılar mühacirlərə hücum etdi

«Biz Avropa olaraq xarici sərhədlərimizi qorumağı öyrənməliyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçdə üzü maskalı şəxslər mühacirləri döyüblər. ANS PRESS-in məlumatına görə, azı 100 nəfərin mühacir əleyhinə kampaniyada iştirak etdiyi ehtimal olunur.

Hadisə paytaxt Stokholmda baş verib. Radikal millətçilər xarici ölkə vətəndaşı hesab etdikləri şəxslərə fiziki xəsarət yetiriblər. Qaçqın düşərgəsində qalan bir nəfərin öldüyü bildirilir. Lakin təhlükəsizlik qüvvələri faktları təsdiqləməyib.

Millətçilər, həmçinin, kiçik kağız parçalarında «artıq yetər» şüarları ilə əhalini mühacirlərə qarşı mübarizə aparmağa çağırıblar.

Ekstremistlər mühacirlərin cəzalandırılmağa layiq olduğunu bildiriblər. İsveç 2015-ci ildə 163 minə yaxın mühacirdən sığınacaqla bağlı müraciət qəbul edib. Bu, Avropada ən çox göstəricilərdən biridir.

Almaniya hökuməti də Avropanın mühacir böhranı ilə əlaqədar tədbirlər görməyə çalışır. Almaniya kansleri Angela Merkel mühacirlərin sayını azaltmağa ehtiyac olduğunu deyib.

«Düşünürəm ki, biz Avropa olaraq xarici sərhədlərimizi qorumağı öyrənməliyik. Bunu xarici planların qurbanı olmamaq üçün etməliyik. Avropa kimi bir qitə bunu etməyi bacarmalıdır. Bütün Avropa ölkələri bu fikirlə razıdır. Lakin hazırda müzakirə olunan məsələ bu planı necə icra etməklə bağlıdır», - Almaniya kansleri Angela Merkel bildirib.

Merkel onu da qeyd edib ki, o, Suriya və İraqda İŞİD məğlub edildikdən sonra bu ölkələrdən gələn mühacirlərin öz evlərinə qayıdacağını gözləyir.