vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
16:58 | 31 yanvar 2016 | Bazar Məqaləyə 1051 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amerikalı namizəddən daha bir qalmaqallı açıqlama

Tramp: «Meksika ilə sərhədlərə divar çəkilməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«New York Times» qəzeti demokrat Hilari Klinton və respublikaçı Con Keysicin namizədliyini təsdiqləyib. ANS PRESS-in məlumatına görə, «New York Times» Con Keysici respublikaçılar arasında prezidentliyə ən layiq namizəd kimi gördüyünü açıqlayıb. Qəzet rəhbərliyi Klintona ən layiqli rəqib kimi Berni Sandersi görüb. Lakin onun Klinton qədər təcrübəli siyasətçi olmadığı əsas gətirilib.

Qəzet respublikaçı namizəd Donald Trampın isə kampaniyasını şiddətlə tənqid edib. Rəhbərlik bildirib ki, o, Trampın milli təhlükəsizlik, müdafiə və qlobal ticarət məsələlərində təcrübəsi yoxdur. Rəhbərliyin sözlərinə görə, Ted Kruz isə qalib gəlmək üçün hər şeyi deməyə hazırdır.

Hilari Klinton Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı silah satış üzərində nəzarətin gücləndirilməsi məsələsinə toxunub.

«Silah satışına nəzarət tədbirləri görmək, bu məsələdə həmrəy olmaq üçün vaxt yetişib. Silah lobbisinə qarşı çıxmalı, bu məsələni səsverməyə çıxarmalıyıq. Uşaqlarımızın həyatı bahasına başa gələn ölüm hallarının artmasına necə göz yuma bilərik», - deyə Hillari Klinton bildirib.

Donald Tramp isə tərəfdarları qarşısında çıxışı zamanı Meksika ilə sərhədlərə divar çəkilməsi təklifinə aydınlıq gətirib. Tramp qeyd edib ki, kimliyindən asılı olmayaraq Amerikaya ayaq basan şəxs bunu qanuni yolla etməlidir.

«Biz divar tikməliyik. Sərhədlərə ehtiyacımız var. Sərhədsiz ölkə olmaz. Bəli, biz ölkəmizə insanların gəlməsini istəyirik. Lakin bu qanun çərçivəsində olmalıdır», - deyə Tramp bildirib.

Bir müddət əvvəl Trampın müsəlmanların Amerikaya buraxılmaması üçün etdiyi təklif ona qarşı sərt tənqidlərin səsləndirilməsinə səbəb olmuşdu.