vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
18:58 | 31 yanvar 2016 | Bazar Məqaləyə 1103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp və Klinton liderdir

Sabah ABŞ-da prezident seçkisinin praymerizinə start verilir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ mətbuatının bu gün verdiyi xəbərə görə, ABŞ prezidentliyi uğrunda yarışan 15 namizəd arasında Donald Tramp və Hillari Klinton liderlik edirlər.

Seçkilərdən öncə dəqiq sorğuları ilə tanınan The Des Moines Register nəşrinə istinadən Virtualaz.org saytı xəbər verir ki, sabah praymerizin başlayacağı Ayova ştatında seçicilərin 45 faizi demokratların arasından namizəd Hillari Klintona səs verməyə hazırdırlar. Keçmiş prezident Bill Klintonun həyat yoldaşından azca fərqlə geridə qalan demokrat Berni Sandersi 42 faiz seçici dəstəkləyir. Demokrat partiyasının namizədləri arasında fərqin çox azalması diqqət çəkir.

Respublikaçılar arasında isə lider Donald Trampdır. Seçicilərdən 28 faizi ona səs verməyə hazırdır. 23 faiz səslə Ted Kruz, 15 faiz səslə Marko Rubio Trampı izləyirlər.

Hal-hazırda prezident olmağa namizədlər arasında 12 respublikaçı və 3 demokrat var.

Fevralın 1-də seçkilərin praymeriz dövrü başlayır. Bunların nəticəsində hər bir partiya prezidentliyə namizədini irəli sürəcək.

Seçkilər noyabr ayına nəzərdə tutulub.