vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
13:36 | 1 fevral 2016 | Bazar ertəsi Məqaləyə 1650 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səhhətində problem olduğu üçün, ...»

Səməd Seyidovun AŞPA-nın sessiyasına niyə getmədiyi məlum oldu

Aytən ZƏHRA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) iştirak etməməsi yalnız bir sessiya üçün nəzərdə tutulmuşdu. Bildiyim qədər səhhətilə bağlı problem var, ona görə iclaslarda iştirak etməyib. Çox güman ki, növbəti sessiyalarda nümayəndə heyətinin rəbəri kimi iştirak edəcək».

Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, Səməd Seyidovun səhhətilə bağlı problem olduğu üçün nümayəndə heyətinə müvəqqəti olaraq yeni deputat Vüsal Hüseynzadə rəhbərlik edib.

«Səməd Seyidov kifayət qədər təcrübəli, Avropa mühitini yaxşı tanıyan və çox hazırlıqlı, savadlı rəhbərdir. Hesab edirəm ki, onun təcrübəsinə orada hələ ehtiyac var. Bu baxımdan da güman etmirəm ki, nümayəndə heyətinin tərkibindən çıxarılsın və ya rəhbərliyindən uzaqlaşdırılsın. Çox güman ki, səhhətində problemlər ortadan qalxan kimi sessiyalarda iştirak edəcək».

Fazil Mustafa Səməd Seyidovun AŞPA-ya yazdığı məktubla əlaqədar  rəhbərlikdən çıxarılması haqda iddiaları təkzib edib.

«Ümumiyyətlə, bu cür məktublar ümumu diplomatik qaydalar çərçivəsində yazılır, o da təcrübəli insandır. Hesab etmirəm ki, o, diplomatik qaydalardan çıxa biləcək mətn göndərsin».

Robert Uolterin «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması» məruzəsinin qəbul edilməməsinə gəlincə, Fazil Mustafa bildirib ki, Avropa ölkələri birləşərək bu məsələyə mane oldular.

«Mediamızın bunu Avropa Şurasındakı uğursuzluğumuz kimi qiymətləndirməsi onu göstərir ki, problem tam başa düşülməyib. İlk dəfədir ki, bu qurumda Azərbaycanın ən mükəmməl sənədi qəbul olunub. İndiyə qədər nə BMT, nə bir çox başqa beynəlxalq təşkilatlarda Ermənistanı işğalçı dövlət kimi ittiham edən sənəd olmayıb. İlk dəfədir ki, Ermənistanı işğalçı dövlət kimi göstərən layihə qəbul olunub. Bu çox böyük uğurdur. Sessiyada baş verənləri nümayəndə heyətimizin, ümumilikdə Azərbaycanın məğlubiyyəti kimi göstərmək cahillikdir. Bu isə problemi bilməmək və bu haqda təsəvvürü olmamaqdan irəli gəlir.

Bundan başqa, sessiyada Avropa Şurası tarixində ilk dəfə azərbaycanlı xanım - Sahibə Qafarova qurumun Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin sədri seçilib. Bu cür uğurları bir kənara qoyub hər kəs bildi-bilmədi nümayəndə heyətini qaralamaqla məşğuldur. Səməd Seyidov orada iştirak etməməsi o demək deyil ki, onu çıxardıblar. Bunu şişirtməyin mənasını da görmürəm. Hesab edirəm ki, bu məsələlər təhrif olunmuş şəkildə veriləndə Azərbaycanın nüfuzuna zərbə vurulur. Tam məsuliyyətlə deyirəm ki, bu sessiyada Azərbaycan qazanmadığı ən böyük uğurları əldə edib. Kim bunun əksini iddia edirsə, istənilən debatda yanlış düşündüyünü ortaya qoya bilərəm», - deyə deputat vurğulayıb.