vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
13:47 | 1 fevral 2016 | Bazar ertəsi Məqaləyə 2718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnsanlarımız bunu gözləyirlər»

Qənirə Paşayeva aztəminatlı ailələrin müdafiəsinə qalxdı

Aytən ZƏHRA

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında kredit götürən və övladı ödənişli ali təhsil alan ailələrin ünvanlı sosial yardımının kəsilməməsi təklifi ilə çıxış edib.

Modern.az saytı xəbər verir ki, Q.Paşayeva Milli Məclis və hökuməti insanların ünvanlı sosial yardımla bağlı narahatlıq və problemlərinin həllinə çağırıb.

Deputat deyib ki, ünvanlı sosial yardım alan ailələr hər hansı bir ağır probleminin həlli istiqamətində, bir xəstəsinin əməliyyatı və hansısa çox önəmli çətinliyini həll etmək üçün kredit götürən kimi ona verilən yardım kəsilir:

«Axı bu ailə varlanmır, tam əksinə, borcu daha da artır və belə bir ailəyə ünvanlı sosial yardımı almaq daha çox lazımdır. Amma onlara verilən yardım kəsilir və ailə daha da ağır vəziyyətə düşür. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır. İkincisi, ünvanlı sosial yardım alan ailələrin övladları ali məktəbə ödənişli əsaslarla qəbul olunduğu halda həmin ailəyə verilən yardım kəsilir. Nə üçün? Axı o yardım kəsilsə, həmin ailənin övladı ali təhsil ala bilməyəcək. Belə ailəyə daha çox dəstək göstərmək lazımdır ki, övladını oxuda bilsin. Amma ona verilən ünvanlı sosial yardım kəsilir. Bu insan övladının ödənişli ali təhsil almasını düşünəndə varlanır ki? Tam əksinə, qayğı və problemləri daha da artır. Ona görə də bu iki məsələnin ünvanlı sosial yardımın verilməsi zamanı ləğv edilməsi lazımdır. Cənab Prezidentin aztəminatlı ailələrə daha çox diqqət və qayğının göstərilməsi ilə bağlı göstəriş və tapşırıqları insanlarımızda bu məsələnin öz həllini tapacağına inamı artırıb. Ona görə də mən Milli Məclisi və hökuməti, müvafiq qurumları bu məsələnin həllinə çağırıram. Çox sayda insanlarımız bunu gözləyirlər».