vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
13:51 | 1 fevral 2016 | Bazar ertəsi Məqaləyə 2267 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat gömrüyü tənqid etdi

«Qaş düzəldən yerdə göz çıxarmayaq»

Aytən ZƏHRA

MÖVZU İLƏ ƏLAQƏLİ

Parlamentin bugünkü iclasında çıxış edən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dərmanların qiymətlərinin bahalaşması barədə danışıb. Modern.az xəbər verir ki, deputat «Dərman vasitələri haqqında» Qanuna iki mühüm dəyişikliyi təklif edib.

«Dərman vasitələrinin əlavə dəyər vergisindən  (ƏDV)  azad edilməsi və ya bunun minimuma endirilməsini təklif edirəm. Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilib.

Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Hesab edirəm ki, çörək və un məlumatları qədər dərman da strateji məhsul olduğundan, bu qərarı qəbul edə bilərik. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır.

Onlar tərkibi və keyfiyyəti Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər vaxt çəkir. Lakin dərmanların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığından keyfiyyət itir və bu, insanların haqlı narazılığına səbəb olur.

Məsələn deyirlər ki, bizim dərmanların keyfiyyəti xaricdəkilərdən aşağıdır. Bunun da səbəbi qeyd etdiyim səbəblərdir. Təklif edirəm ki, dərmanlar terminalda deyil, topdansatış anbarında saxlanılsın və sonra satışa buraxılsın».

Deputat bildirib ki, bir aydan çoxdur sahibkarlar Türkiyə və Çindən mal gətirə bilmirlər.

«Son günlərdə gömrük məntəqələrində yeni rejimə keçidlə bağlı işlər görülməkdədir. Artıq kiçik sahibkarlar ölkəyə mal gətirə bilmirlər. Səbəb isə gətirilən mallara 36 faizlik gəlir vergisinin tətbiq edilməsidir. Bu isə ciddi narazılığa səbəb olub. Sahibkarlar deyilər ki, hətta monopoliya olanda belə, mal gətirə bilirdilər. Amma indi bunu da etmək olmur. Ona görə elə rejim yaradaq ki, sahibkarlara kömək edək. Daha qaş düzəltdiyimiz yerdə vurub göz çıxarmayaq».