vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
14:57 | 2 fevral 2016 | Çərşənbə axşamı Məqaləyə 986 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kreml üçün fəlakətlə nəticələnə bilər»

«Bu, Rusiyadan qisas almaq istəyən dövlətlər üçün fürsət olar»

Seymur ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 30-da Rusiyaya məxsus «Su-34» təyyarəsinin Türkiyənin hava sərhədini pozması istər Türkiyə, istərsə də Azərbaycanda ciddi narahatlığa səbəb olub. Məsələyə münasibət bildirən əksər politoloqlar bunu Rusiyanın Türkiyəni təxribata çəkmək cəhdi kimi qiymətləndirib. Bəzi ekspertlər hesab edir ki, Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasını əsla həzm edə bilməyən Kreml, nəyin bahasına olursa-olsun rus hərbi qüdrətinə vurulan bu şillənin əvəzini çıxmaqda israrlıdır və atdığı bütün addımlar buna hesablanlıb.

Məlumat üçün qeyd edək ki, «Su-34» təyyarəsinin Türkiyə sərhədini pozmasından sonra türk hərbi rəhbərliyi oxşar pozuntunun təkrarlanacağı təqdirdə xəbərdarlıq etmədən Rusiyaya məxsus təyyarələri vurmaq əmrini verib.

Maraqlıdır, Rusiyanın Türkiyəni davamlı şəkildə təxribata çəkməsi son nəticədə iki ölkə arasında müharibəyə səbəb ola bilərmi? Ukrayna və Suriyada müharibə aparan Rusiya doğrudanmı NATO üzvü olan Türkiyə ilə savaşda maraqlıdır və bunun Rusiyanın onsuz da ağır olan durumunu bir qədər də ağırlaşdıra biləcəyindən ehtiyat etmir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli hesab edir ki, Rusiyanın bugünlərdə Türkiyənin hava sərhədlərini yenidən pozması Kremlin vurulan rus təyyarəsinin doğurduğu acını əsla həzm edə bilməməsini göstərir:

«Ilk dəfə bir rus savaş uçağının Türk Hava Qüvvələri tərəfindən vurulması, Rusiyanın və Putinin xarizmasını məhv etdi. Bunun acısını Putin kimi ərköyün, sağa-sola təpik atmaqla özünü güclü göstərməyə çalışan, kompleksli biri çətin unudar. O hadisədən sonra ruslar Suriyada daha da aqressivləşdilər. Ancaq ruslar bu bölgədə quru savaşına girə bilməzlər. Son 4 ay ərzində Suriyada 100-dən çox rus əsgəri öldürülüb. Ancaq Rusiya bunu sirr kimi saxlayır və rus ictimaiyyətindən gizlədir. Rusun əsas gücü hərbi hava qüvvələridir – göydən uçaqlardan, dənizdən savaş gəmisindən bomba və raket yağdırır».

A.Səmədbəylinin fikrincə, bu gün Rusiyanın Türkiyə ilə  hərbi müstəvidə üz-üzə gəlməsi ruslar üçün faciəvi nəticələrə səbəb ola bilər: «Bugünlərdə Türkiyə hava sahəsinin rus uçağı tərəfindən pozulması, aldıqları psixoloji travmanı müalicə etmək məqsədidir. Ancaq artıq Türkiyə Milli Təhlükəsizlik Qurumu qərar qəbul edib ki, Türkiyə hava sərhədini kimin pozmasıjndan asılı olmayaraq, Hava Hücumundan Müdafiə Qüvvələri «vur» əmri gözləmədən həmin təyyarəni vuracaqlar. Türkiyə ilə bu bölgədə savaşa biləcək dövlət yoxdur. Çünki Türkiyədə vətən və bayraq üçün ölməyə hazır olan ən azı 5 milyon savaşçı var. Bu məqamda mən Türkiyənin bir sirrini açacağam.

Türkiyə Silahlı Qüvvələrinin xaricində sivil formada xalqın arasında, ancaq tam ordu disiplini ilə savaş durumunda 2 saat içində silahlarıyla döyüşə hazır vəziyyətdə olacaq 5 milyon yedək güc var! Türkiyə ilə Rusiya heç zaman savaşa girməz. Ona görə ki, indi Türkiyə iqtisadi olaraq Rusiyadan güclüdür. Donanmaya görə də, Hava Qüvvələrinin savaş ruhuna, disiplininə və gecə dəqiq hədəf vurma qabiliyyətinə görə də, quru qoşunlaırnın gücünə görə də Türkiyə Rusiyadan üstündür. Bundan başqa, Rusiya Türkiyə ilə savaşa girəcəyi təqdirdə Rusiyanın içində Türkiyəni müdafiə edəcək 20-30 milyon insan var».

A.Səmədbəylinin qənaətincə, bu gün Rusiyadan qisas almaq arzusunda olan xeyli sayda dövlət var ki, Rusiya-Türkiyə qarşıdurması bu dövlətlərə öz arzularını reallaşdırmağa imkan verəcək:

«Bundan başqa, Ukrayna Rusiyadan qisas almaq üçün belə bir savaşı çoxdan arzu edərdi. Rusiyanın tək gücü var- nüvə silahı! Türkiyənin də kifayət qədər güclü silahları var, bir hissəsi hələ heç bilinmir. Eyni zamanda, belə bir müharibə başlayacağı təqdirdə, Türkiyəyə xaricdən könüllü olaraq yardım edəcək ən azı 100 milyon insan var – bunların hər biri minimum 1000 dollar yardım edəcəklər. Bu da savaşı maliyyələşdirmək üçün çox önəmli bir qaynaqdır. Habelə, həmin savaşda Türkiyəyə dəstək verməyə borclu olan NATO var. Pakistan kimi hər zaman Türkiyə və Azərbaycanın yanında olan çox güvənəcəyimiz qardaş ölkə var ki, həm ordu gücünə, həm savaş ruhuna görə çox ciddi faktordur.

Belə bir savaş olacağı təqdirdə, təbii olaraq Pakistan çox ciddi dəstək verəcək. Digər türk dövlətləri və muxtar cümhuriyyətlər də Türkiyəyə qarşı savaşda Rusiya ilə bərabər olmayacaqlar. Xalq buna izin verməz. Tatar qardaşlarımızın bir dəfə ayağa qalxması Rusiyanın taleyini həll edər. Hazırda 200-300 yüngül silahlarla silahlanmış türkmənlə savaşmaqda çətinlik çəkən Rusiya, hansı cəsarətlə Türkiyə ilə savaşı düşünə bilər? Nəzərə alsaq ki, İsrail və Amerika da belə bir savaş halında Türkiyəyə dəstək verəcəklər. Polşa da Rusiyadan qisas almaq üçün belə bir fürsəti çoxdan arzu edərdi. Gürcüstan da Rusiyanın işğal etdiyi torpaqları geri almaq üçün belə bir fürsəti qaçırmaz».

A.Səmədbəyli hesab edir ki, Putinin xarici siyasətdə nümayiş etdirdyi aktivlik Rusiya daxilindəki gərginlikdən diqqəti yayındırmaq, rus xalqının diqqətini başqa məcraya yönəltməyə xidmət edir:

«Ruslar artıq lüks həyatın dadını görüblər. Əslində Putin Rusiya xaricində fəal olmaqla batmaqda olan Rusiya cəmiyyətinin üsyanını önləmək məqsədi güdür və bu, onun üçün çox uğurlu bir siyasətdir.

Elə bu xarici işğal və müdaxilə sayəsində Rusiya prezidentinin reytinqi hələ də yüksəkdir. Amma hər gün azalan xətt üzrə davam edəcək. Çünki aclıq sofuluğu pozar!

İndi Putinin bütün zibilləri ortaya tökülür. Onun cinayətlərini məhkəmələr təsdiqləyir, Rusiyanın sərvətlərini taladığı açıqlanır. Rus xalqı bunları öyrəndikdən sonra vəziyyət xeyli dəyişəcək. Putin o zaman təhlükəli olardı ki, o həqiqətən də təmiz olardı!»