vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
21:50 | 23 aprel 2013 | Çərşənbə axşamı Məqaləyə 3839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İran seçkiyə yoxsa, seçicilərlə savaş hazırlaşır?»

Sədrəddin SOLTAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda prezident seçkisi yaxınlaşdıqca siyasi ehtiraslar da qızışır. Əhalinin bu siyasi kampaniyaya etinasızlığını hiss edən hakimiyyət bəzən bundan şou da düzəltməyə çalışır. Bir sıra hallarda isə bu, hakimiyyətiçi qrupların mübarizəsində özünü göstərir.

Hər iki halla ölkə rəsmilərinin çıxışlarında tez-tez rastlaşırıq. Bəzən isə ad çəkilmədən məchul qüvvələrin ünvanına hədələyici fikrilər söylənilir.
İran polis qüvvələrinin komandanı İsmayıl Əhmədi-Müqəddəm prezident seçkisindən danışarkən deyib ki, polisin başlıca vəzifəsi bu siyasi kampaniyanın təhlükəsiz şəraitdə keçməsini təmin etməkdir: “Biz mövcud durumu nəzarətdə saxlayaraq, başqa qurumlarla birgə işimiz sayəsində seçki zamanı ortaya çıxa biləcək istənilən problemin qarşısını alacağıq”
O, prezidentliyə namizəd olacaq siyasiləri hədələyərək, deyib ki, onlar çaxnaşma yaratmaqdan, bir-birini təhqir etməkdən, bir-birinə qarşı təxribata yol verməkdən çəkinsinlər.
Prezidentliyə namizədlərin küçə və meydanlarda icazəsiz kütləvi təbliğat-təşviqat aparması, yürüş keçirməsinə imkan verilməyəcəklərini və bu tədbirlərin qarşısını alacaqlarını  söyləyib .
İran İnqilab Keşikçiləri Qvradiyasının əsas kadr bazası, yarımhərbi könüllü dəstə sayılan “bəsic”ilərin komandanı Məhəmmədrza Nəqdi qarşıdan gələn prezident seçkisindən danışarkən, ölkədə seçki zamanı baş verəcək istənən qətlləri bəri başdan xarici qüvvələrin üzərinə yıxmağa çalışıb: “Ölkədə keçiriləcək prezident seçkisi prosesinə düşmən xələl gətirmək üçün özünün bütün mediasını və siyasi qurumlarını səfərbər edib. Onlar İranın Qərblə apardığı nüvə danışıqlarındakı üstün durumundan faydalanıb geniş psixoloji plan həyata keçirmək niyyətindədir. Düşmənin hazırladığı proqramda şübhəli qətllər də var. Belə ki, həmin proqrama əsasən, seçki zamanı ölkədə şübhəli qətllər törədilə bilər”.
Yeri gəlmişkən, qeyd edək ki, 2009-cu ilin prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən 20-dən çox aksiya iştirakçısı qətlə yetirilmişdi. Onların bəziləri həbsxanada məruz qaldığı işgəncə nəticəsində  öldürülmüşdü. Həmin olaylardan sonra İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin göstərişi ilə Kərhrizək həbsxanasının  rəisi və bəzi məmurları işdən azad edilmiş. Bu həbsxanada etiraz aksiyasının iştirakçıları işgəncəyə məruz qalaraq, öldürülmüşdü. Həmin olaylar zamanı dinc nümayişçilərə qarşı zor işlətməkdə seçilən  «bəsic»lərin rəhbərliyin də ciddi dəyişiklik olmuşdu.
Vəzifədən azadetmə tədbirlərini Tehran hakimiyyəti daha çox beynəlxalq ictimaiyyətin təzyiqi ilə gerçəkləşdirmişdi. Çünki işdən çıxarılanların demə olar ki, heç biri barədə cinayət işi açılmadı.
Adətən seçki kimi ciddi siyasi kampaniyada ordu tərəfsizliyini bir mənalı olaraq, bəyan edir. Ancaq İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadi aprelin 22-də jurnalistlərə prezident seçkisinə «hazırlıqlarından» danışıb.
O, deyib ki, prezident seçkisi ərəfəsində Silahlı Qüvvələr ölkədəki vəziyyəti tam nəzarətdə saxlayır. Onun sözlərinə əsasən, ordu 2009-cu ildə keçirilən prezident seçkisi zamanı baş vermiş “fitnə - fəsaddan” nəticə çıxararaq, onların qarşısını almağı daha yaxşı bilir: “Məhz buna görə də bu kimi təhlükələrin qarşısını almağı yaxşı bilir. Silahlı Qüvvələrimizin üzərinə qoyulan vəzifələrdən biri də odur ki, baş verə biləcək istənilən yeri indidən nəzarətdə saxlasın. Qüvvələrimiz prezident seçkisi zamanı ortaya çıxa biləcək bütün fitnənin qarşısını almağa tam hazır vəziyyətdədir”.
Belə çıxışlardan birini də aprelin 22-də İran prezidenti Mahmud Əhmədinejad ölkənin cənubunda, ərəblərin sıx yaşadığı Xuzistan əyalətinin Həftəgel şəhərinə səfəri zamanı edib. Əhmədinejad deyib ki, müxalifləri onu hədələyir: «Mənə «həyasızlıq etsən, atanı yandırarıq»-deyə ismarıc göndərirlər».
O, inqilaba,vilaəti–fəqihə (ayətullah Xamneyinin tutduğu vəzifə) sadiq qalacağını bildirib.
“Bəziləri elə təsəvvür edir ki, onlar göydən düşüb. Belələrinin düşüncəsinə görə, xalqın yerinə yalnız onlar qərar qəbul etməlidirlər və yalnız onların dediyi olmalıdır. Halbuki bu belə deyil. Mənə “xalqın hakimiyyətdən narazılığın artıran sözlər niyə danışırsan” - deyirlər. Belələrinə cavabımda bildirirəm: “Məhz elə ona görə prezident olmuşam ki, xalqın haqqını onun özünə qaytarım, zülm qarşısında susmayım və fəsadın qarşısını alım”.
Əhmədinejad sonda rəqiblərini hədələyib: “Əməllərinizi açıb töksəm, el içinə çıxa bilməzsiniz”.
Bu sayaq örnəklər əsasən, demək olar ki, Tehran hakimiyyəti siyasi mübarizədən çox zora arxalanan bir “seçki” keçirməyi planlaşdırır. O, bununla həm ölkədəki, həm hakimiyyət daxilindəki, həm də xaricdəki özünə düşmən bildiyi qüvvələrə özünə məxsus şəkildə xəbərdarlıq edir. Belə davranış isə iqtidariçi aparıcı qüvvənin seçicilər və siyasi rəqibləri ilə savaşacağına daha çox oxşayır.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)