vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
17:16 | 2 fevral 2016 | Çərşənbə axşamı Məqaləyə 1109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Patriot»lar Türkiyəyə qayıdır

«Moskva NATO-nu təxribata çəkir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Türkiyənin hava məkanını növbəti dəfə pozması, Ankaranı sərt addımlar atmağa məcbur edib. Ötən yay geri göndərilmiş «Patriot» raketləri yenidən «İncirlik» bazasında quraşdırılacaq. Bunun üçün hərəkətə keçən rəsmi Ankara, bazada hərbi personalı və təyyarələri olan ABŞ və Almaniyaya müraciət edəcək.

Məsələ burasındadır ki, «Patriot» hava hücumundan müdafiə sistemləri məhz bu iki dövlətin inventarındadır. Ankaranın çağırışından sonra sistemin Türkiyə-Suriya sərhəddinə yerləşdirilməsi planlaşdırılır. Səudiyyə Ərəbistanı səfərindən qayıdan Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Rusiyaya məxsus «Su-34» qırıcı təyyarəsinin Türkiyənin hava sərhəddini pozması faktdır və heç kim bunun əksini iddia edə bilməz. Lakin bundan sonrakı oxşar hadisələrə görə heç kim bağışlanılmayacaq.

Davudoğlu Rusiyaya məsləhət görüb ki, hadisə ilə bağlı NATO-nun baş katibi Yens Stoltenberqə izahat versin.

Yeri gəlmişkən, hadisəyə münasibət bildirən NATO-nun baş katibi sərhəd pozuntusunun təkcə Türkiyə hava məkanına aid olmadığına diqqət çəkib. O bildirib ki, Moskva təkcə Ankaranı deyil, bütövlükdə NATO-nu təxribata çəkir ki, bu da ruslara yaxşı heç nə vəd etmir.

Rusiya isə ittihamları qəti şəkildə rədd edir. Kremlin mətbuat katibi Dmitriy Peskov bəyan edib ki, Rusiya Türkiyənin hava məkanını pozmayıb.