«Verməyin...»
ABŞ erməniləri Bakının istəmədiyi borca görə Con Kerriyə yazdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanı gözləyən virtual bəla
Sosial bərbarəsizlik və işsizlik artacaq
-
BVF Azərbaycanla bağlı proqnozlarını yeniləyib
Gələn ildən başlayaraq inflyasiya riskləri tədricən azalacaq
-
... Ərzaq qıtlığı, qiymət artımları
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
-
157 giqavattlıq enerji
Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb
-
İqtisadi artım yavaşlayacaq
BVF-nin proqnozları nə deyir?
-
Dünyada ərzaq böhranı xəbərdarlığı
DB-nin hesabatında Ukraynada istehsalın 45 faiz azalacağı bildirilir
-
-4,5 faizlik “inkişaf”
Dünya Bankı: “İran iqtisadiyyatına görə Nikaraquadan sonra ən çox tənəzzül edən ölkədir”
-
Qonşuda inflyasiya 40 faizi keçmək üzrə
BVF proqnozlarına görə bu il daha ağır olacaq
-
Dövlət şirkətləri olan yerdə rəqabət ...
... Xidmətlərin keyfiyyətində isə zəmanət olmur
-
İnkişaf etmiş ölkələr borc bataqlığında!
BVF proqnozlarına görə, 18 dövlətin milli gəlirindən çox borcu olacaq
-
Hər 100 nəfərdən 30-u yoxsuldur
Ermənistan iqtisadiyyatı çətin günlərini yaşayır
-
Nəhəng bankın qərarı «Bitcoin»i bahalşdırdı
Kriptovalyuta 1000 dollar dəyər qazanıb
-
«Daha çox dəstəyə ümid edirik»
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
-
Axına qarşı üzən «Bitcoin» ...
Batacaqmı, yoxsa sahilə çıxacaqmı?
-
«Kriptovalyutalar piramidadır»
Dünya Bankı: «Necə olacağı hələ də dəqiq deyil»
-
Dünya Bankı neft-qaz layihələrinə kredit ayırmayacaq
«Bu, dünyanın alternativ enerji mənbələrindən istifadəyə və daha təmiz bir ekologiyaya qovuşması üçün atılan addımlardan biridir»
Azərbaycan rəhbərliyi Beynəlxalq Valyuta Fondundan (BVF) və Dünya Bankından (DB) iddia edilən 4 milyard dollarlıq təcili maliyyə yardımı paketi xahiş etmədiyini bəyan etsə də Qərb mediası hələ də bu iddianı tirajlamaqdadır. Üstəlik Amerikadakı erməni lobbisi tələm-tələsik rəsmi Vaşinqtonu Azərbaycana borc verilməsini əngəlləməyə çağırıb.
Virtualaz.org xəbər verir ki, Azərbaycanın BVF-dən və Dünya Bankından təcili maliyyə yardımı paketi xahiş etdiyini bu dəfə «Reuters» agentliyi xatırladır. Agentlik «Azərbaycanın ardınca Afrikanın iki iri neft ixracatçısı Nigeriya və Anqolanın da Dünya Bankından yardım paketi xahiş etdiyini» bildirir.
Anqolanın rəsmi dövlət agentliyi xəbər verir ki, Dünya Bankı ilə «islahatlara maliyyə dəstəyi proqramı» ətrafında danışıqlar aparıb. Lakin Afrikanın bu ikinci ən iri neft ixracatçısının hansı islahatları aparmaq fikrində olduğu məlum deyil. Bundan əvvəl «Financial Times» Nigeriyanın Dünya Bankından və Afrika İnkişaf Bankından artan büdcə kəsirlərini örtmək üçün 3.5 milyard dollar xahiş etdiyini xəbər vermişdi.
Dünya Bankının mətbuat katibi Devid Tays «Reuters»ə bildirib ki, Nigeriya və Anqola ilə danışıqlarda maliyyə yardımının göstərilməsi üçün siyasi islahatların aparılması şərti qoyulub. Habelə bu Afrika ölkələri yardım almaq üçün milli valyutalarını devalvasiya etməlidir.
Xatırladaq ki, Azərbaycan hökuməti ilə danışıqlarda Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndə heyətinin beş şərt irəli sürdüyü məlum olub. Bunlar geniş özəlləşdirmə, dövlət aparatında ixtisarlar, real məhkəmə islahatları, əmək haqları, pensiya və dövlət xərclərinin dondurulması, ÜTT-yə daxil olmaq.Mənbənin məlumatına görə, hökumət beş şərtdən yalnız ikisi ilə razılaşıb. Nəticədə beynəlxalq qurumlar kreditin verilməsini mümkünsüz hesab ediblər. Hərçənd ki, Azərbaycan prezidenti və maliyyə naziri kredit xahişinə dair iddiaları rədd ediblər. Rəsmilərin bildirdiyinə görə, danışıqlar Azərbaycanda islahatlar proqramına texniki dəstək imkanlarını araşdırmağa yönəlmişdi.
Rəsmi Bakı beynəlxalq kreditorlardan borc xahiş etmədiyini israrla bəyan etsə də ABŞ-dakı erməni təşkilatları Qərb mediasının tirajladığı bu xəbərlərdən sonra dövlət katibi Con Kerriyə və maliyyə naziri Cek Lyuya məktub göndərərək «Azərbaycana pul verməməyi» tələb ediblər.
Amerika Erməni Assambleyasının göndərdiyi məktubda deyilir ki, Birləşmiş Ştatlar vergi ödəyəcilərinin pullarının «Ermənistanı blokadada saxlayan və Qarabağ ermənilərini hərbi güclə təhdid edən» Azərbaycana ayrılması yolverilməzdir. Məktubda deyilir ki, Birləşmiş Ştatlar Byenəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı üzvü kimi Azərbaycana istənilən maliyyə dəstəyinə qarşı çıxmalıdır.
Beləliklə, göründüyü kimi beynəlxalq kreditorlar və onların arxasında dayanan güc çevrələri növbəti dəfə bu və ya digər ölkəyə borc verilməsini siyasi təzyiq elementinə çevirirlər. Bu, istər Afrika ölkələrinə, istər Azərbaycana münasibətdə belədir və Azərbaycan rəhbərliyi həmin kreditorlardan borc istəməməkdə haqlı olduğunu bir daha sübut edir.