vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
18:04 | 2 fevral 2016 | Çərşənbə axşamı Məqaləyə 2324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı-İstanbul təxirə salınıb

Alınan biletlər digər reyslərə keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Sərnişin azlığı səbəbindən «Azərbaycan Hava Yolları» QSC (AZAL) bu gün Bakı-İstanbul aviareysini təxirə salıb.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, şirkət Bakıdan İstanbula olan bir reysini təxirə salıb: «Bu gün «B767-300» tipli təyyarə ilə yerinə yetirilməsi nəzərdə tutulan J2 077 saylı reysin təxirə salınmasına səbəb sərnişin azlığıdır. Bakıdan saat 20:45-də yola düşməli olan aviareys, yerli vaxtla saat 23:50-də İstanbula enməli idi».

Sözügedən reysə bileti olan sərnişinlərin biletləri digər reyslərlə əvəz edilib.

Qeyd edək ki, AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletin qiyməti bir tərəfə 220 manat, hər iki istiqamətdə isə 396 manatdan başlayır.