vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
13:14 | 8 fevral 2016 | Bazar ertəsi Məqaləyə 1372 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Erməni radiosu»na oxşayır...»

Roqozin Cənubi Koreya kəşfiyyatını lağa qoydu

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın vitse-premyeri Dmitri Roqozin Cənubi Koreya kəşfiyyatının Pxenyanın keçirdiyi ballistik raket sınağına dair şərhini lağa qoyub.

Virtualaz.org xəbər verir ki, Roqozin Seulun Şimali Koreya ballistik raketinin hissələrinin Rusiyadan alındığına dair bəyanatını özünün Twitter bloqunda şərh edərək bunu tamamilə qeyri-ciddi, lətifəyə oxşayan və «Erməni radiosu»nu xatırladan bəyanat adlandırıb.

«Biz raket texnologiyalarının yayılmaması rejiminə dəqiq əməl edirik, mənim rəhbərlik etdiyim ekspert komissiyası heç vaxt Şimali Koreyaya bu cür texnologiyaların verilməsini müzakirə etməyib. Bu informasiya tamamilə mənasız və axineyadır, heç yarım faiz də doğru deyil» - Roqozin yazıb.

Fevralın 7-də Şimali Koreya uğurlu raket sınağı haqda elan edib. Şimali Koreya raketi kəşfiyyat peykini orbitə çıxarıb. BMT Təhlükəsizlik Şurası təcili toplanaraq Pxenyanın raket sınağını pisləyib.