vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
20:52 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 1824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

100-dən çox nömrə, 500 avtomobil

Səudiyyə Ərəbistanının kralı Ankarada 5 ulduzlu hoteli «bağlatdırdı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səudun Ankaraya gəlişi ilə əlaqədar onun administrasiyası 500 lüks avtomobil icarəyə götürüb və Türkiyə paytaxtındakı dəbdəbəli, 5 ulduzlu «Marriott» hotelini tamamilə «bağlatdırıb». Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə «Habertürk» telekanalı məlumat yayıb.

Mehmanxananın yeraltı park ərazisi kralın maşın karvanı üçün kiçik olub.

Kral Əl Səud xarici səfərləri zamanı həm təhlükəsizlik, həm də tənhalığı xoşlamasıyla əlaqədar bütün hoteli rezervasiya etməsiylə məşhurdur. Ankaranın dəbdəbəli rayonunda yerləşən yeni beş ulduzlu hotel prezidentin iqamətgahının və hakim partiyanın mərkəzi ofisinin yaxınlığındadır.

İndi mehmanxana üç gün ərzində yalnız krala və onu müşayiət edən heyətə xidmət edəcək. Hoteldə mövcud olan yüzdən çox nömrə bronlaşdırılıb və xüsusi buraxılış rejimi yaradılıb.

Səudiyyə Ərəbistanı kralı üçün Türkiyəyə qida, paltar, yataq dəstləri və hətta şəxsi gigiyena əşyaları olan bir neçə yük maşını gətirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səudun Türkiyəyə səfəri aprelin 11-dən 15-dək davam edəcək. Ankaraya səfərindən sonra kral İstanbula yollanacaq və orada aprelin 14-15-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitində iştirak edəcək.