vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
13:57 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1307 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Boş vədlərdən yorulmuşuq»

Saakaşvili Poroşenkoya ultimatum verdi

Odessa Dövlət Administrasiyasının rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkodan «təcili və əsaslı islahatlara» başlamasını tələb edib.

Virtualaz.org bildirir ki, o, bu barədə «Facebook» səhifəsində yazıb.

«Biz gözləməkdən və boş vədlər eşitməkdən yorulmuşuq. Hələlik köhnə korrupsiyaya uğramış sistem addımbaaddım revanş götürür», - o vurğulayıb.

«Xalq etimadına əsaslanan, müqavilələr olmadan, ukraynalıların etibar edə biləcəkləri hökuməti formalaşdırmaq lazımdır», - deyə Saakaşvili bəyan edib.

Qubernator, həmçinin Odessa vilayətinin baş prokuroru Nikolay Stoyanovun işdən çıxarılmasını tələb edib. O, prokuroru «separatçı və oliqarxların quyruq qulu» adlandırıb.

M.Saakaşvili Odessanın meri Genadi Truxanova qarşı da cinayət işinin açılmasını tələb edib. Şəhər rəhbərini də «separatçı» adlandıran Saakaşvili Truxanovun ofşor müəssisələr sahibi olduğunu və Rusiya vətəndaşlığının olduğunu bəyan edib.

Bundan başqa, qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin və Dövlət Fiksal Xidmətinin rəhbərlərinin də tutduqları vəzifədən azad edilmələrini tələb edib. Onun fikrincə, onlar «Ukrayna xalqının mənfəəti üçün işləmirlər, aşkar quldurluqla məşğul olurlar».

«Biz daha gözləmək niyyətində deyilik, biz bu sistemi ya bu hakimiyyət ilə, ya da onsuz dəyişəcəyik!», - deyə Saakaşvili sonda ultimativ formada vurğulayıb.