vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
17:57 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan polisinin xüsusi təyinatlıları Qarabağda

BMT nümayəndələrini sakinlərlə görüşməyə qoymadılar

MÖVZU İLƏ ƏLAQƏLİ

«Polisə yaxın mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Ermənistanın xüsusi təyinatlı polis dəstəsi Qarabağa ezam olunub».

Virtualaz.org bildirir ki, bunu «Çorrord işxanutyan» qəzeti yazıb.

Bundan başqa, bir çox jurnalistlər də Ermənistanın polis formasını geyinmiş adamların xüsusi müşayiətlə Qarabağ istiqamətinə gedən maşın karvanını müşahidə ediblər.

«DQR» polisi də öz saytında Qarabağda Ermənistan polisinin xüsusi dəstələrinin olduğunu təsdiqləyib.

Virtualaz.org xatırladır ki, bir az əvvəl BMT Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insanın, əsasən də qadınlar, uşaqlar və qocaların evlərini tərk etmək məcburiyyətində qaldıqları barədə məlumat yayıb.

Məlumatda o da vurğulanırdı ki, «yerli hakimiyyət» BMT təmsilçilərinin əhali ilə təmasa girməsinə ciddi maneçilik törədib.