vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
18:03 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki həftədən sonra da başlamaq olar»

Rusiyalı ekspert Qarabağ münaqişəsinin həllinin Kazan prinsiplərini açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda Dağlıq Qarabağ münaqişəsinin qismən diplomatik həlli üçün əlverişli şərait yaranıb. Ermənistan və Azərbaycan müvəqqəti tarixi güzəştlərə gedə bilərlər.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Politoloqun sözlərinə görə, münaqişənin qismən diplomatik həlli hazırlanmasında Dmitri Medvedevin də iştirak etdiyi Kazan prinsiplərinin həyata keçirilməsi ilə mümkün ola bilər.

«Prinsiplərin mahiyyəti ondan ibarətdir ki, Qarabağ ətrafındakı 7 rayondan 5-i Azərbaycana qaytarılır. Ermənistan isə bunun əvəzində həmin rayonların hərbisizləşdirilməsini, sərhədə sülhməramlı qüvvələrin yeridilməsini əldə edir ki, bu, sülhə daha möhkəm təminat verir. Bundan savayı, Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır», - Markov belə deyib.

Onun sözlərinə görə, bu həll yolu münaqişə iştirakçılarının əksəriyyətini qane edir. «Bu ssenarinin gerçəkləşdirilməsinə iki həftədən sonra da başlamaq olar», - ekspert bildirib.