vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
18:20 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 2860 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, çox gülməlidir»

Məleykə Abbaszadə Elnur Nağızadədən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kimsə dövlət qulluğunda işləyirsə, həddi-buluğa çatıbsa, öz əməllərinə özü cavab verməlidir, onun əvəzinə qohumları yox. Bu, çox gülməlidir».

Bunu keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadənin qohumlarının səsləndirdiyi ittihamlara cavab verərkən deyib. Onun sözlərinə görə, kiminsə hansısa sualı və ya fikri varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər: «Mən nə məktəb direktoru, nə də bağça müdiriyəm ki, kiminsə valideyni, qohumu kiminləsə əlaqədar bizə qarşı çıxış etsin».

E.Nağızadə ilə bağlı əlavə danışmaq istəmədiyini deyən M.Abbaszadə qeyd edib ki, hazırda istintaq gedir, istintaqın nəticəsi olaraq lazımı məlumat veriləcək.

M.Abbaszadə E.Nağızadənin oktyabr ayından TQDK-da işləmədiyini və işdən başqa səbəblərdən azad edildiyini deyib.

«Həmin vaxta kimi heç kim onunla bağlı şikayət etməyib. Sadəcə, Elnur Nağızadə ona verilən tapşırığı vaxtında yerinə yetirmədiyi üçün işdən azad edilib. Bundan 3 ay sonra bu hadisələr məlum olub və proseslər başlanıb. Biz nədənsə, yaxşı işləri qoyub, həmişə kimsə qanunu pozubsa, mütləq onu şişirtməli, müzakirə etməliyik. Nə üçün? Hazırda hüquq-mühafizə orqanları tərəfindən açıqlama verilib. Mən də açıqlama vermişəm. Hansısa açıqlama vermək istintaqa təsir göstərmək kimi qiymətləndirilə bilər ki, bu da qanuna ziddir», - deyə sabiq TQDK sədri əlavə edib.

Qeyd edək ki, M.Abbaszadə APA-ya açıqlamanı TQDK ləğv olunmazdan əvvəl verib. Xatırladaq ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

E.Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.

E.Nağızadənin əmisi Tahir Nağıyev isə "lent.az"a açıqlamasında baş verənlərə görə M.Abbaszadəni ittiham edib.