vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
18:31 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 2433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məleykə Abbaszadəyə postunda qaldı

Keçmiş TQDK sədri yeni quruma başçılıq edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az saytı xəbər verir ki, sərəncama əsasən, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə Məleykə Abbaszadə təyin olunub.

Qeyd edək ki, M.Abbaszadə ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub.

Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.