vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
19:02 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 2602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sadəcə ad dəyişib»

«Yeni qurum haqqında indidən danışmaq tezdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi və Dövlət İmtahan Mərkəzinin yaradılması ilə elə də böyük dəyişiklik olmayacaq».

Bu sözləri Modern.az-a açıqlamasında TQDK-nın sabiq sədri Vurğun Əyyub deyib. O qeyd edib ki, yeni qurumun hansı dəyişiklərə səbəb olacağı haqqında indidən danışmaq tezdir.

«Bunun üçün əlimizdə yeni yaradılmış qurumun əsasnaməsi olmalıdır. Ümumən bunu yeni qurum da hesab etmirəm. Çünki TQDK adından bəlli olduğu kimi, tələbə qəbulu ilə məşğul olurdu. Amma sonrakı illərdə bu komissiya dövlət qulluğuna qəbul olunmaq istəyənlərin də imtahanlarını keçirdi və digər işlərlə də məşğul oldu. Ona görə də hesab edirəm ki, sadəcə ad dəyişikliyi olub. Yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının gördüyü işlərin məzmununa uyğun olaraq adı dəyişilib. Gələcəkdə nə fəaliyyət göstərəcək, necə edəcək, bu artıq Əsasnamədən irəli gələcək. Bu da hələ ki, bəlli deyil. Test imtahanlarının necə keçiriləcək və ya ümumiyyətlə keçiriləcəkmi, bilinmir. Əsasnamə ortada olsa, daha dəqiq bir söz deyə bilərik. Fikrimcə, çox da böyük dəyişiklik olmayacaq».

Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.