vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
21:34 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 880 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya çəkilir»

ABŞ kəşfiyyatı: «İrəvan müharibədə tək qalacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya kiçik müttəfiqi Ermənistanı dəstəkləməkdənsə, Azərbaycanla əlaqələrinin zədələnməməsinə daha böyük prioritet olaraq baxır. Çünki Moskva bilir ki, İrəvana verəcəyi dəstəyin heç bir bəhrəsini görə bilməyəcək».

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının «kölgəsi» hesab olunan «Stratfor» beyin mərkəzinin Dağlıq Qarabağda baş verənlərlə bağlı məqaləsində deyilir.

Mərkəz  qeyd edir ki, Ermənistandan fərqli olaraq Azərbaycan istənilən vaxt Türkiyədən dəstək istəyə bilər: «Ankara buna həmişə hazırdır. Rusiya məhz Türkiyənin müharibəyə müdaxiləsi ehtimalını nəzərə alaraq, atəşkəsin əldə olunmasına çalışdı. Bundan başqa, Avropa və ABŞ da atəşkəsdə maraqlıdır».

«Stratfor» toqquşmalar başlayanda Ermənistan liderlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyə hazırlaşdığını bildirir.

«Amma təşkilatın üzvü Qazaxıstan açıq şəkildə Azərbaycanı dəstəklədi. Belarus da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdi. Ardınca Minsk yeni hərbi doktrina qəbul edərək, öz ordusunun xaricdə hərbi əməliyyatlarda iştirakını qadağan etdi. Ardınca Rusiya da neytral mövqe sərgilədi. Əslində Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın təmsil olunduğu KTMT indiyə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qarışmamağa çalışıb. 2010-cı ildə KTMT-nin strategiya sənədində islahatlar aparıldı. «Kollektiv müdafiə» ifadəsi, «birgə müdafiə razılığı» sözü ilə dəyişdirildi. Bu, regional münaqişələrdə KTMT üzvlərinin yalnız sözlə kifayətlənməsinə şərait yaratdı. Bununla yanaşı, Qarabağda gedən döyüşlər Ermənistanın BMT tərəfindən tanınan sərhədləri daxilində deyil. Bunun özü də KTMT-yə məsələyə müdaxilə etməyə imkan vermir», – deyə məqalədə qeyd olunur.

Mərkəz bildirir ki, baş verənlər Ermənistanın növbəti dövrdə Azərbaycanla arasında yaşanacaq toqquşmalarda KTMT-yə bel bağlaya bilməyəcəyini göstərir: «Bu, KTMT-nin NATO kimi hərbi ittifaq olmadığını, sadəcə birgə təşkilatdan ibarət olduğunu sübut etdi».