vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:44 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1672 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan ordusunda istefalar

Düşmən diplomatiyası da ordusunun uğursuzluğunu qarabaqara izıəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağda uğursuzluqdan sonra Ermənistanda həm ordu, həm də digər strukturlarda istefalar başlayıb.

Bu haqda Ermənistanın «168 jam» qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, Ermənistan ordusunda generallar və yüksək vəzifəli şəxslər istefaya göndərilir: «Hakimiyyət istefaları maksimum dərəcədə gizli saxlamağa çalışır».

Qəzet qeyd edir ki, Ermənistan diplomatiyası da ordunun uğursuzluğunu daban-dabana izləyir.

«Diplomatik mənbələr xarici işlər naziri Edvard Nalbandyanın vəziyyətinin yaxşı olmadığını deyirlər. Halbuki, bir müddət öncə onun 2017-ci ildən sonra prezident olacağı gözlənilirdi. Lakin Nalbəndyan AŞ PA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə ilə ilk zəifliyini göstərdi. O, bu qətnaməni «kağız parçası» elan etsə də, reallıqda Azərbaycan bu qətnaməyə istinadən edərək həmin ərazilərə nəzarəti ələ keçirə bilər. Ardınca Qarabağdakı döyüşlərdə Nalbəndyan diplomat kimi heç nəyə yaramadığını sübut etdi», - deyə qəzet yazıb.